Meyvələrin üzərində olan etiketlərin açıqlaması nədir?

0
107

Demək olar ki, çoxlarımız marketə gedərkən orada satılan kiçik etiketli meyvələrə rast gəlirik. Təbii ki, məhsulların üzərində olan şirkət loqotipləri yaxşı reklam xarakteri daşıyır, bəs  bu loqotiplərin yanında yerləşən kiçik rəqəmlərin açıqlaması nədir? Çox güman ki, çoxlarının bu haqda heç bir anlayışı yoxdur. Bu gün biz sizə meyvələrin üzərində olan bu rəqəmlərin bir neçəsinin mənasını açıqlayacayıq. İnanın, bu sizə lazım olacaq!

3 və ya 4 rəqəmi ilə başlayan və dörd rəqəmdən ibarət olan etiketlər

Belə bir rəqəm toplusunun mənası o deməkdir ki, məhsul ən sürətli üsul və vasitələrlə yetişdirilib. Deməli, meyvəni tez ərsəyə gətirmək üçün yetəri qədər gübrədən və pestisid adlandırdığımız maddədən isrifadə olunub.

9 rəqəmi ilə başlayan beş rəqəmli şifrə

Əgər siz meyvənin üzərində belə bir etiket görsəniz onu almağa dəyər. Belə ki, rəqəm toplusunun açıqlaması odur ki, meyvənin yetişdirilməsində heç bir qeyri – ənənəvi gübrədən istifadə olunmayıb və meyvə təbii şəraitdə  yetişdirilib.

8 rəqəmi ilə başlayan beş rəqəmdən ibarət şifrə

Belə bir etiketli meyvə gördüyünüz zaman onu əlinizə belə almayın. Meyvələrin üzərinə yapışdırılan belə bir etiketin açıqlaması o deməkdir ki, yetişdirilən bu meyə geni dəyişdirilmiş kateqoriyaya daxildir. Bu cür etiketlər əsasən banan, yemiş və papayya və ya qovunağacı adlandırdığımız meyvələrin üzərində olun.

Könül Əliyeva, “İki sahil