Professor Əyyub Əyyubov “Avropa Ali Xidmət  Ordeni” ilə mükafatlandırılıb

0
86

Professor Əyyub Əyyubov “Avropa Ali Xidmət Ordeni” ilə mükafatlandırılıb. Mingəçevir Tiurizm Kollecində keçirilən təqdimat mərasimində Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndəsi, Avropa Təbiət  Elnləri Akademiyasının həqiqi üzvü, professor Elçin İskəndərzadə, pedaqoq və tələbələr, eyni zamanda digər dəvətli qonaqlar iştirak edib.

Qeyd edək ki, adı çəkilən mükafata Azərbaycandan iki nəfər layiq görülüb. Onlar- Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov və Respublika Milli Onkologiya Mərkəzinin direktoru,akademik Cəmil Əliyevdir. Hər iki  təqdimat Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatı Avropa Mükafatlandırma Komissiyasının  yekdil rəyi əsasında gerçəkləşib.

Mükafatlandırma  mərasimində çıxış edən  professor Elçin İskəndarzadə  Mingəçevir Turizm Kollecinin kollektivi, həmçinin elm və təhsil sahəsində davamlı naliyyətləri ilə diqqət mərkəzində olan kollecin direktoru professor Əyyub Əyyubov haqqında ən xoş sözlərini paylaşıb: “Azərbaycanın müstəqillik dönəmində  təhsil sahəsində çox saylı uğurlar qazanıb. Uğurlardan biri də Mingəçevir Turizm Kollecinin təsis olunması və fəaliyyəti ilə bağlıdır. Burada iqtisadiyyatın ən vacib sahələrindən olan turizm sənayesi üçün ixtisaslı kadrlar hazırlanır. Çoxsaylı beynəlxalq əlaqələrə malik olan təhsil müəssisəsi Avropanın böyük təhsil layihələrində ən fəal iştirakçılar sırasında yer alır. Sizə bir faktı xatırladım. Bu günlərdə görkəmli ziyalıların iştirakı ilə Gəncə Kənd Təsərrüfatı Akademiyasında keçən bir toplantıya qatılmışdım. Bir gəncin çıxışını dinlədik. Hər kəsin diqqətini özünə çəkən bu gəncin Türkiyədə təhsil aldığını zənn etdim. Soruşduqda cavabı məni və digərlərini heyrətləndirdi. O Mingəçevir Turizm Kollecinin məzunu olduğunu açqladı. Əslində onun naliyyəti bu böyük və işgüzar kollektivin uğurudur. Fərdi müşahidələrimə əsasən qeyd etmək istəyirəm ki, professor  Əyyub Əyyubov kimi idarəçilik bacarığı olan ziyalı bir şəxsin kollektivə rəhbərlik etməsi kollecin imicini daha da möhkəmləndirir. O illərdir ki, elmin, təhsilin inkişafına önəmli töfhə verməkdə davam edir. Üstəlik tək Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda. Təsadüfi deyil ki, bəşəri  xarakter daşıyan xidmətləri zaman-zaman Avropanın nüfuzlu fond və təsisatları tərəfindən ən yüksək mükafatlarla qiymətləndirilir. Elə bu dəfə də Avropa mükafatlandırma komissiytası  İsveçrədə professor Əyyub Əyyubovun elmi-pedaqoji  fəaliyyəti  ilə bağlı çox önəmli qərara imza atıb. Professor Əyyub Əyyubov elm və təhsil sahəsində xidmətlərinə görə “Avropa Ali Xidmət  Ordeni” ilə mükafatlandırılıb. Cənab professoru təbrik edir və ona yeni naliyyətlər arzulayırıq.”

Bundan sonra rəsmi qonaq  ali mükafatı professor Əyyub Əyyubova təqdim edərək, layiq görüldüyü ordeni alqışların müşayəti ilə yaxasına  taxıb. Eyni zamanda özünün müəllifi olduğu 5 cildlik yeni əsərlər toplusunu  kollecə hədiyyə edib.

Verilən qiymətdən dolayı təşəkkürlərini bildirən professor Əyyub Əyyubov   fikirlərini bölüşüb. O Azərbaycanda özünün timsalında belə bir mötəbər mükafatın təqdimatını Azərbaycan elminə,təhsilinə,aliminə və pedaqoquna verilən yüksək qiymət adlandırıb: “Məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu və digər dövlət qurumları elmə, təhsilə davamlı diqqət və qayğı göstərir. Biz də bu diqqətə əməli fəaliyyətimizlə cavab verməyə özümüzü borclu sayırıq. Daim yeniliklərin tətbiqi üzərində çalışır və kadr hazırlığı prosesində qabaqcıl metodları, obyektivliyi və şəffaflığı təmin etməyə çalışırıq. Elə tabeliyində olduğumuz Azərbaycan Respublikası Dövlət Turizm Agentıliyinin təhsil müəssisəsi olaraq qarşımıza qoyduğu vəzifə və tələblər də məhz bunlardan ibarətdir. Bu günlərdə agentliyin sədri cənab Fuad Nağıyev kollecimizdə olarkən qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr  aparılıb. İnanıram ki, biz  bu istiqamətdə daha böyük naliyyətlər əldə edə biləcəyik.Pedaqoqlu tələbəli hər kəs üzərinə düşən məsuliyyəti yaxşı dərk edir. Gənc mütəxəssislərimizin nəzəri biliklərlə yanaşı, dil vərdişlərinin də gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirmək niyyətindəyik. Bir sözlə hazırladığımız gənc mütəxəssislər müasir turistlərin xidmnmət tələblərinin ödənilməsində hər tərəfli bilik və bacarıqlara maqlik olmalıdır”.

Tədbir  səmimi təbriklər  və maraqlı dialoqlarla başa çatıb.

Esmira Hidayətova, Mingəçevir