Ukraynada hərbi bazada partlayış olub

0
14

Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.

Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.

Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.

Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub.azərtac