Musa Yaqub: “Pərvərdigar razılıq verdi ki…”

0
16

Xalq şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb. alpaninfo.com xəbər verir ki, bu barədə şairin özü “Yeni Müsavat”a açıqlamasında bildirib. Musa Yaqub vəziyyətinin getdikcə yaxşılaşdığını deyib:

“Getdikcə yaxşılaşıram. Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmi bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki görməmişəm”.

Şair yazdığı son şeirlərindən də söz açıb: “Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.

Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.