“Hamını qorxuya salan təhlükəyə çevriləcəyik”

0

“Barselona”nın yay fasiləsində heyətinə qatdığı ulduz futbolçulardan biri də İvan Rakitiç oldu. Qısa müddətdə komandanın əsas heyətində möhkəmlənməyi bacaran xorvatiyalı yarımmüdafiəçi İspaniya mətbuatına müsahibəsində yeni klubu ilə bağlı hədəflərindən söz açıb.

— Bir aydan çoxdur ki, “Sevilya”dan ayrılmısan və “Barselona”dasan. İki komanda arasında hansı fərqləri hiss etdin?

— Düzünü deyim ki, dəyişiklik dərhal nəzərə çarpır. Amma bunun səbəbini izah etməkdə çətinlik çəkirəm. Emerinin ideyaları Luis Enrikenin ideyalarına oxşayır. Komanda fərqi və yüksək səviyyəli oyunla meydanda özünü göstərir. Mən “Sevilya”da uzun illər oynamışam, amma oyun ideyası oxşardır. Topa sahib olmaq və təzyiq mənə çox yardım edir.

— Bir dəfə demişdin ki, tanıdığın məşqçilər arasında ən tələbkarı Feliks Maqatdır. Luis Enrike ona oxşayırmı?

— Dünyada bir dənə Maqat var. Mən ona təşəkkür edirəm. “Şalke”də il yarım onun rəhbərliyi altında oynadım. O oyunçudan fiziki baxımdan çox şey tələb edirdi. Ona görə də bilmirdin sabah səhər, yoxsa axşam məşq edəcəksən. Luis Enrike ondan fərqli məşqçidir. O, bütün detalları işlərini dəqiq görür. Onun ideyaları çox dəqiqdir və hər şeyi yerli yerində izah edir.

— Enrike səndən nə tələb edir?

— Hər bir futbolçu meydanda öz oyununu göstərməlidir. Məsələn, mən fiziki baxımdan yaxşı hazırlaşmışam. Topa sahib olmağı və 20-25 metrlik məsafədən qapıya zərbələr vurmağı sevirəm.

— “Sevilya”da vertikal futbol oynamağı sevirdin, amma “Barselona” kombinasiyalı oyuna üstünlük verir…

click — Mən deməzdim ki, Messi və İnyesta kimi oynayacağam. Məni artıq “Sevilya”dan tanıyırlar və öz oyunumu göstərəcəyəm.

go site — Ötən mövsüm La Liqada 12 qol vurmusan. “Barselona”da bu ənənəni davam etdirəcəksənmi?

— Özüm üçün sərhəd qoymamışam. Daha yaxşı oynamaq mümkün olsa, daha çox qol vurmaq istəyirəm, amma ən önəmlisi oyundur.

— La Liqa, ölkə kuboku və Çempionlar Liqası: hansını qazanmaq istərdin?

— Əlbəttə, hamısını. Karyeramı bitirəndən sonra deyə bilərsiniz ki, səndə bütün kuboklar var.

— Hiss olunur ki, komandanızdə rəqabət güclü olacaq…

— Mən hamıya hörmət edirəm, amma “Barsa”dan danışmağı çox sevirəm. Biz hamını qorxuya salan təhlükəyə çevriləcəyik.

— “Barselona”nın “Real”la rəqabətini hiss edirsənmi?

— Bunu normal qəbul edirəm. Hər ikisi dünyanın ən güclü komandasıdır və onların rəqabət aparmasında qeyri-adi heç nə görmürəm.

— Səni əvvəlcə Fabreqasın, sonra isə Xavinin əvəzləyicisi hesab etdilər…

— Xavi çox yaxşı oynayır və mənə elə gəlir ki, onun “Barsa”da qalması əla oldu. Mən ondan çox şey öyrənəcəyəm. “Sevilya”da gənc yaşlarımdan kapitan olmuşam. Ola bilsin ki, gələcəkdə burada da kapitan oldum.

— Hansı oyunçu səni çox təəccübləndirdi?

— Bu barədə konkret nəsə deyə bilmərəm. Buradakı oyunçuların hamısı futbol ulduzlarıdır. Təsəvvür edin ki, hər gün dünyanın ən məşhur futbolçuları ilə məşq etmək nə deməkdir. Mən Messinin oyunundan çox təsirlənirəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here