“Mənim əziz müəllimim” adlı tədbir keçirilib

0
95

Mingəçevir 12 saylı tam orta məktəbin akt zalında 5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibəti ilə “Mənim əziz müəllimim” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru  Həqiqət Şahmuradova çıxış edərək bildirib ki, müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Bu mənada müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

4b sinifinin müəlliməsi Gülsura Bilalova hazırladıqları musiqili əyləncəli tədbirə görə şagirdlərin hər birinə minnətdarlığını bildirib.

Esmira Hidayətova, Mingəçevir