Onlar Nobel sülh mükafatına layiq görülüblər

0
12

2018-ci ilin Nobel sülh mükafatına cərrah Denis Mukveqe və hüquq müdafiəçisi Nadya Murad layiq görülüblər.
Onların silahlı münaqişələr və müharibə silahı qismində seksual zorakılıqdan istifadənin dayandırılması üzrə göstərdiyi səylər Norveçin Nobel Komitəsi tərəfindən qiymətləndirilib.
Bu il sülh mükafatına 329 namizəd iddia edib, onlardan 112-si ictimai və beynəlxalq təşkilat olub. Onların arasında Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni də olub.

2018-ci ildə Nobel mükafatlarının hər biri 9 milyo İsveç kronu (1 milyon dollar) təşkil edir