13 saylı tam orta məktədbə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

0
167

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib.

 

… Bu gün “Müəllim günü” Mingəçevir 13 saylı tam orta məktədbə də qeyd olunub. Tədbirdə vaxtilə bu məktəbdə dərs demiş və hazırda təqaüddə olan müəllimlər iştirak ediblər. Məktəbin direktoru Tünzalə Əfəndiyeva öz çıxışında əvvəlcə təqaüddə olan müəllimlərə öz ürək sözlərini çatdırıb. Bildirib ki, bu gün də onların şagirdlərinin xoş sorağı gəlir. Direktor onların hər birinə möhkəm cansağlığı arzulayıb. O daha sonra Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan söz açıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib. O, müəllimlərin yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək üçün əllərindən gələni edəcəklərini bildirib.

 

Tədbir çərçəvəsində şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onların çıxışları tədbir tədbir iştirakçılara daha xoş ovqat bəxş edib.

Esmira Hidayətova, Mingəçevir.