“Qarabağ” bizdən xal alsa təəccüblənmərəm

0
24

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək. Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Bakıda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edəcək. London klubu təkcə “Qarabağ”la görüşün deyil, ümumilikdə turnirin favoritidir. Bununla belə, indiyədək İngiltərə klublarından xal ala bilməyən Qurban Qurbanovun komandası bu sindromu qırmağa çalışacaq.

“Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ilə səfər oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib ki, biz Bakıya əsas oyunçularımızın bir neçəsini gətirməmişik: “Henrix Mxataryan psixoloji cəhətdən bu oyuna hazır deyildi. Aaron Ramsey ailə problemlərinə görə, Peter Çex isə zədə üzündən bu oyunu buraxmalı oldu. “Qarabağ” bizdən xal alsa təəccüblənmərəm. “Sportinq” klubuna qarşı səfər oyununda gözəl taktiki oyun nümayiş etdirdi. Finala qədər bizi uzun və çətin yol gözləyir”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb: ” Sona kimi yaxşı mübarizə aparmaq və yaxşı oyun göstərmək istəyirik”.

4 oktyabr

Avropa Liqası, E qrupu

20:55 “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə)
Baş hakim:
 Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.

20:55. “Vorskla” (Ukrayna) – “Sportinq” (Portuqaliya)

1. Arsenal 1 1 0 0 4:2 3
2. Sporting 1 1 0 0 2:0 3
3. Vorskla Poltava 1 0 0 1 2:4 0
4. Qarabağ 1 0 0 1 0:2 0