Mütəxəssislər millimizin şanslarını dəyərləndirdilər

0

Avro-2012-nin seçmə mərhələsində 7, DÇ-2014-də isə 9 xal toplayan milli komandamız bu dəfə Avro-2016-ya böyük hədəflərlə start götürür. 6 komandadan ibarət olan H qrupunda yer alan yığma komandamızın qarşısına 3-cü yeri tutmaq tapşırığı qoyulub. Çünki bu yeri tutan komanda da final mərhələsində oynamaq imkanı əldə edəcək. Bəs görəsən, İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Maltanın da yer aldığı qrupda Berti Foqtsun yetirmələri bunu bacaracaq gücdədirlərmi? Biz də aşağıdakı 2 sualla bir neçə mütəxəssisimizə müraciət etdik. Fikirlər isə fərqli oldu.

 

http://aefsupply.com/ballbusting-and-cbt-free-porn 1. Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı qrupu dəyərləndirərdiniz…

2. Foqtsun qarşısına final mərhələsinə çıxmaq tapşırığı qoyulub. Yığmamızda bu potensial varmı?

here  

Vaqif Sadıqov: “Potensiala

baxaraq Foqtsun qarşısına

http://nonprofitrockstartour.com/undress-tits bu tapşırıq qoyulub”

1. “Ümumiyyətlə, bizim üçün rahat qrup yoxdur. Lakin bir şey var ki, son vaxtlar futbolumuz inkişafdadır. Ona görə də, milli komandadan keçən dəfəkindən qat-qat üstün nəticə gözləyirik. Hazırda futbolda zəif rəqib yoxdur, Avropada, ümumiyyətlə, zəif yoxdur. Hesab edirəm ki, millimiz ən azı 3-cülük üçün mübarizə aparmalıdır. Mübarizə aparan bir komanda yaratmaq lazımdır. Favorit komandalar əlbəttə İtaliya və Xorvatiya millisidir. Son dünya çempionatında uğursuz çıxış etmələrinə baxmayaraq, yenə də qrup liderliyi uğrunda yarışacaqlar. Orta səviyyəli Norveç və Bolqarıstan milliləri isə bizə 3-cülük yarışında mane ola biləcək yığmalardır. Çalışmalıyıq bu komandaları üstələyərək, ilk “üçlük”də ola bilək. Autsayder sayılan Malta yığmasını isə zəif görməmək lazımdır. Onlar da ən azı bizim qədər qrupda sözlərini deməyə çalışacaqlar. Millimizdən ancaq qalibiyyət gözləyirik, istəyimiz odur ki, Avro-2016-ya qatılaq. Reallıqda budur ki, çox çətindir”.

2. “Potensiala baxaraq Foqtsun qarşısına bu tapşırıq qoyulub. Bu tapşırıqlar 20 il əvvəl qoyulmurdu. Futbolumuza bu qədər dəstək var, nəticəni gözləmək də təbiidir. Bu inkişaf dinamikasına uyğun olaraq qrup oyunlarında rəhbərlik tərəfindən nəticə gözlənilir. Mən hesab edirəm yığmamızın buna potensialı var. İnanaq ki, futbolçular və Berti Foqts özləri də dərk edirlər ki, çox çətin tapşırığın öhdəsindən gəlməlidirlər. Azərbaycan futbolunu zirvələrə aparmaq üçün əllərindən gələni etməlidirlər, bizim üçün zirvə üçüncü yeri tutmaqdır. Ötən seçmə mərhələdə qrupu 4-cü yerdə bitirmişdiksə, bu il çalışmalıyıq 3-cü olaq”.

 

Nazim Əliyev: “Heç kimə

belə şərait yaradılmayıb”

1. “Bunu qrup oyunları başlayandan sonra daha yaxşı bilmək olar. Şübhəsiz, futbolumuz inkişafdadır. Təkcə bizdə yox, demək olar ki, bütün ölkələrdə futbola böyük maraq var. Yığmamız son yoldaşlıq oyununda 0:4 hesabı ilə məğlub olduğundan, çoxları bizim zəif olduğumuzu deyə bilər. Lakin mənim fikrimcə, bu belə deyil. Ola bilər ki, Foqts hansısa taktiki gedişləri yoxlayırdı. Ümid edirik ki, millimiz yaxşı çıxış edərək, bizləri sevindirəcək. Bundan əvvəl 4-cü olmuşuqsa, artıq 3-cü olmaq lazımdır. Qrupa düşən ölkələrin futbolu çox güclü olmasına baxmayaraq, qrupu 3-cü yerdə bitirə bilərik. Bu, futboldur, baş məşqçimiz Berti Foqtsun açıqlamalarından da hiss edirik ki, Avro-2016-da nəticə olacaq. Buradan belə çıxır ki, planları var və bu planlarını Avro-2016-ya saxlayıb. Çünki uzun müddətdir yığmamızı çalışdırır, yəqin ki, planlarına da heç bir maneçilik olmamalıdır. Ümidimiz yalnız bunadır. AFFA-nın yığmaya sərmayə qoyması, stadionların tikilməsi və klubların inkişafı bu ümidimizin doğru olduğunu göstərir”.

2. “Keçən Avropa çempionatının seçmə mərhələsindən daha çox xal yığacağımıza ümid edirəm. Artım olmalıdır. Əgər bir irəliləyiş olmasa, o zaman Foqtsun qalmasına ehtiyac yoxdur. Çünki heç bir baş məşqçimizə belə şərait yaradılmayıb. Neçə illərdir ümid bəsləyirik ki, nəticə olacaq. Artıq nəticə göstərməyin vaxtdır. Bəlkə də, vaxtından keçib”.

 

Novruz Əzimov: “3-cü yeri

tutmağımız mümkünsüzdür”

1. “İlk oyunumuz Bakıda Bolqarıstan millisinə qarşı olacaq. Bu ölkənin futbolu hazırda inkişafdadır. İlk oyunumuzda özümüzü yaxşı tərəfdən göstərməliyik. İtaliya və Xorvatiya millisinin şansı daha çoxdur, yəqin ki, bu iki komanda birinci və ikincilik uğrunda oynayacaqlar. Norveç millisi də həmişə yaxşı futbol nümayiş etdirib. Maltanı da zəif hesab etmirəm. Qrupumuz çətindir, arzulayırıq ki, 3-cü olaq, amma bu, mümkünsüzdür”.

2. “Məncə, yığmamızın buna potensialı yoxdur. Ən yaxşı halda 4-cü yerdə ola bilərik. Nəzərə almaq lazımdır ki, qrupumuza düşən ölkələrin yığmaları çox güclüdür. Çox istərdik millimiz bizi sevindirsin”.

 

Ağasəlim Mircavadov:

“Millimizdən heç xoşum gəlmədi”

1. “Qrupumuz çox güclü komandalardan ibarətdir. Liderlər əlbəttə ki, İtaliya və Xorvatiya olacaq. Bu barədə nəsə deməyə ehtiyac yoxdur. Düzdür, futbolda sürprizlər ola bilər, lakin hazırda reallıq vəziyyətin belə olacağını deyir. Bizim ilk oyunumuz əsas, vacib matçlardan biridir. Hədəfimiz 3-cülükdürsə, bolqarları öz meydanımızda məğlub etməliyik. Ümumiyyətlə, öz meydançamızda mütləq xal almalıyıq. Rəqib meydançalarında isə calışmalıyıq heç olmasa Maltadan xal alaq. Norveç millisidə zəif deyil. Bizim üçün 3-cülük çətin olacaq”.

2. “Vallah, yoldaşlıq oyunlarına əsasən millimizdən heç xoşum gəlmədi. Nə özbəklərlə, nə də Rusiya millisi ilə oyunda yaxşı nəsə göründü. Bizim səhvlərimiz eynidir, düzəlməyib. İndiki kimi, heç bir məşqçiyə bu qədər inanılmayıb, vaxt verilməyib. Ona görə də nəticə olmalıdır. Bizim vaxtımızda heç indikinin 10 faizi yox idi. Mən bu şəraiti yaradanlara təşəkkürümü bildirirəm. Bu bizim futbolumuza diqqət və qayğının olduğunu göstərir. Bu böyük amildir, qalanı Berti Foqtsdan asılıdır”.

 

Əfqan Talıbov: “Qrup

üçüncülüyünə potensialımız var”

1. “İstər millimiz, istərsə də klublarımız Avropada yavaş-yavaş böyük təcrübə qazanmağa başlayırlar. Heyətimizə gənc və təcrübəli oyunçular cəlb olunur. Sevindirici hal çoxdur, gərək bu axarla gedərək, daha ciddi təcrübələr qazanaq. Futbol hər yerdə inkişaf edir, bütün komandalar qalib gəlmək üçün meydançaya çıxırlar. Heç kim deyə bilməz ki, Azərbaycan və Malta yığmaları çox zəifdir. Məncə, hər iki komanda ev oyunlarında müqavimət göstərir və xal itkisi ilə üzləşməmək üçün ciddi mübarizə aparır. Bu qrupun favoriti İtaliyadır. İkinci Xorvatiya komandasıdır. Birincilik və ikincilik mübarizəsi bu iki komanda arasında gedəcək. Norveç və Bolqarıstan yığmaları da güclüdür. Bu ölkələrin 21 yaşlıları və milli çempionatlarında olan futbolçular millinin əsas üzvləridir. Bu onu göstərir ki, bu ölkələri qabaqlamaq asan olmayacaq. Malta yığması ilə isə eyni səviyyədə olan komandayıq, bəzi futbolçularımızın fərdi ustalığına görə bir az güclüyük. Bolqarların açıqlamalarından görünür ki, onlar Bakıdan 3 xalla dönmək istəyirlər. Ona görə də Norveç və Bolqarıstan milliləri çalışırlar ki, Malta və Azərbaycandan xallar alaraq Xorvatiya və İtaliyadan üstün olsunlar. Bizim 3-cülüyümüz çətin olacaq. Ona görə də ilk matçda bolqarlara qarşı məsuliyyətli, müdafiədə səhvə yol vermədən oyun göstərməliyik. Təbii ki, qarşılıqlı olaraq Bolqarıstan millisi də çalışacaq qalib gəlsin. Mənim fikrimcə, ilk oyunumuz heç-heçə nəticələnə bilər. Düzdür, bizim qalib gəlməyimiz üçün səbəb çox olacaq. Lakin bolqarlar sürətli və güclü futbol oynayacaqlar”.

2. “Yoldaşlıq matçlarını izlədim. Zəif oyunlar oldu. Bizim futbolçularımızın çox güclü məşqə, çalışmağa ehtiyacları var. Çünki futbolda öz sözünü demək, nailiyyətlər əldə etmək üçün gecə-gündüz çalışmalısan. Oyunçularımızdan xahiş edirəm ki, çox məşq etsinlər. Biz ilk görüşdə rəqibə göstərməliyik ki, evdə oynayırıq. Hazırda həddindən artıq gözəl şərait yaradılıb, bunun nəticəsində bizləri sevindirəcək oyun olmalıdır. Bu şəraitin nəticəsində 21 yaşlılarımız uğurlu oyun nümayiş etdirdilər. Bu onu göstərir ki, çalışandan sonra yaxşı nəticə əldə etmək mümkün olur. Yığmamızın qrup üçüncülüyünə potensialı var”.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here