Mingəçevirdə hüquq pozuntularından danışılıb

0
80

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə  İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət,  psixoloqlar da iştirak ediblər.

Mingəçevir İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə kommisiyanın məsul katibi Tərlan Əliyeva  tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzusunda çıxış edərək törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib.

Müzakirələrdə psixoloqları maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir