“Çempionluq uğrunda mübarizə 4 komanda arasında gedəcək”

0

see url Yay fasiləsində heyətində köklü dəyişikliklər edən AZAL mövsümə heç də uğursuz başlanğıc etmədi. Düzdür, komanda səfərdə “Simurq”a məğlub oldu. Lakin iddialı komandalardan “Xəzər Lənkəran”la heç-heçə edib, “Qəbələ”yə səfərdə qalib gəldi. Keçirdiyi 3 qarşılaşmada 4 xal toplayan AZAL hələ də ideal formada deyil. Bunu  komandanın kapitanı Rəşad Abdullayev dedi. Təcrübəli yarımmüdafiəçi həm klubunun çıxışını və hazırkı durumunu dəyərləndirdi, həm çempionluq uğrunda gedəcək mübarizədən danışdı, həm də karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağını açıqladı.

– “Qəbələ” səfəridən qalibiyyətlə dönəcəyinizi gözləyirdinmi?

– Əlbəttə qələbə gözləyirdik. Bu oyundan əvvəl səfərdə “Simurq”a məğlub olmuşduq. Həm də komanda gənclərdən ibarət yeni qurulmuş heyətlə çıxış edir. İstəyirik hər matçda yaxşı oyun göstərək. Qəbələyə qələbə üçün getmişdik. Matçdan əvvəl də birlikdə söhbət etmişdik. Klub olaraq, rəhbərlik olaraq necə lazımdırsa, qələbəyə köklənmişdik. Şükür Allaha, buna nail olduq.

– Səncə, bu qələbənin sirri nədədir: rəqibin mövsümə qeyri-stabil start götürməsi, yoxsa sizin onlardan güclü oynamağınız?

get link – Vallah, deməzdim ki, “Qəbələ” zəif oynadı. Düzdür, hələ zəif çıxış edir, lakin bizimlə oyunda çox qol epizodları oldu. Biz də yaxşı oynadıq, rəqib də. Təbii ki, onlar da meydana qələbə üçün çıxmışdılar. Amma biz yaratdığımız vəziyyətləri qola çevirə bildik. Gülcü müdafiə oyunu qurduq ki, səfərdə məğlub olmayaq. Liderliyə oynayan komandanı məğlub etdiyimizə görə çox sevinirik.

here – Komandanın ilk qolunu sən vurdun, özü də penaltidən. Ümumiyyətlə, penalti nöqtəsinə yaxınlaşanda hansı hissləri keçirirsən, həyəcan olurmu?

follow – O meydança mənim üçün doğma yerdir, orada oynamışam. Təbii ki, insan doğma məkana ayaq basanda çox sevinir. Lakin biz peşəkar futbolçularıq, hansı formanı geyinmişiksə, onun üçün də mübarizə aparmalıyıq. Hər bir futbolçu öz komandasının uğuru üçün çalışmalıdır.

source – Keçirdiyiniz 3 oyunda 4 xal toplamısınız. Bir kapitan kimi, komandanın hazırkı durumundan məmnunsan?

– Xal hesabına baxdıqda, normal hesab etmək olar. Çempionat yeni başlayıb, bunu da nəzərə almaq lazımdır. Hələ istədiyimiz oyunu sərgiləyə bilmirik. Tam ürəyimcə deyil, daha yaxşı oyuna və yerə layiqik.

go here – Təcrübəli bir futbolçu kimi, hazırda AZAL-da nə kimi çatışmazlıqlar görürsən?

– Oyun zamanı ötürmələrdə səhvlərə yol veririk. Düzgün ötürmələrlə hücum qura bilmirik. Bunun əsas səbəbi odur ki, komanda çox yenidir, 11 yeni futbolçu gəlib. Əcnəbilər də təzədir. Mənə elə gəlir ki, belə olmaq normaldır, komanda yenidən qurulmuş kimidir. Bir-birimizə öyrəşənə qədər müəyyən vaxt keçməlidir. İnşallah, getdikcə daha yaxşı nəticələr əldə edəcəyik.

– Yay fasiləsində AZAL da daxil olmaqla bir çox klubumuz heyətində köklü dəyişiklik etdi. Səncə, hər mövsümlərarası fasilədə klubların heyəti yenidən yığmaq “xəstəliyi” nədən qaynaqlanır?

-Hər klubun öz strategiyası var. Bunu bütün komandalar haqda deyə bilmərəm. Onu deyə bilərəm ki, bizdə də yeni məşqçi gəlib, ona görə komanda yenilənib. Yeni məşqçi gəldiyi zaman istər-istəməz klubun heyətində dəyişikliklər olur. Əgər baş məşqçi uzun müddət çalışırsa, yenilənmə az olur. Yox, əgər məşqçi hər il dəyişirsə, uğur əldə etmək çətinləşir. Bu da normal bir şeydir.

– Bəlkə əcnəbi transferləri zamanı kimi gəldi aldıqları üçün bir ildən sonra onları yola salmalı olurlar və bu da heyətin dəyişməsinə gətirib çıxarır?

– Mən əcnəbilərlə çox oynamışam. İlk növbədə onlara izah etmək lazımdır ki, burada futbol oynamaq asan deyil. Dediyiniz kimi də ola bilər, yəni transfer edərkən necə gəldi alınır, sonra faydasız olduğunu düşünərək yola salınır. Bunu hər klub özü daha yaxşı bilər. Təbii ki, futbolçularını tez-tez dəyişən klub onlar uyğunlaşana qədər xeyli geri qalır.

– Ümumiyyətlə, əcnəbi transferləri zamanı nələrə diqqət yetirmək lazımdır?

– Futbolçu gətirərkən elələrini alsınlar ki, onlar gəlib yerlilərə nəsə verə bilsinlər. Necə ki, bizim milli futbolçularımız legioner olduqları zaman onlardan çox şey tələb olunur. Bizim çempionatımıza gələcək futbolçular da səviyyəli olmalıdırlar. Bir illik yox, uzun müddət oynayacaq əcnəbi futbolçular transfer etmək lazımdır.

– AZAL-dakı əcnəbilərin səviyyəsi ürəyincədirmi?

– Bizim klubun aldığı əcnəbilər yavaş-yavaş özlərini göstərməyə çalışırlar. İlk görüşdə əcnəbi futbolçu qol vurdu, “Qəbələ” ilə matçda Eduardo özünü yaxşı göstərdi. Ümumilikdə pis deyil. Adaptasiya prosesindən sonra getdikcə daha yaxşı olacağına inanıram.

– Komandanın qarşısına ilk “üçlüy”ə düşmək vəzifəsi qoyulub. Bu futbolçularla hədəfə çatmaq olarmı?

– Ola bilər, bizim hədəfimiz böyükdür. Klubumuzun buna gücü çatır. Bizə sadəcə olaraq, vaxt lazımdır ki, bir-birimizə alışaq, oyun sistemimizi quraq. Oyun planlarımız düzələrsə, niyə də olmasın?!

– Sənin çempionluğa əsas favoritin hansı komandadır?

– Bizim çempion olub-olmayacağımızı deyə bilmərəm. Bunu zaman göstərəcək. Həmişə noyabr ayına qədər hər şey qarışıq olur. Favoritim demirəm, reallıq budur ki, “Qarabağ”, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” arasında çempionluq mübarizəsi gedəcək. Çünki bu komandalar stabil oyun göstərirlər.

– Artıq 33 yaşın var. Daha neçə il futbol oynamağı düşünürsən?

– Hələ özümü yaxşı hiss edirəm. Düşünürəm ki, komandaya faydalı futbolçuyam. Mən həmişə klubum üçün nəsə etmiş oyunçuyam. Nə vaxt görsəm ki, faydalı deyiləm, o zaman kariyeramı bitirəcəyəm. Butslarımı bir mıxdan asacağam (gülür).

– Karyeranı hansı komandanın heyətində bitirmək istəyərdin?

– Açığı, heç o barədə düşünməmişəm. Onu inşallah, gələcək göstərəcək.

– Bəs bundan sonrası üçün bir planın varmı? Yəni karyeranı bitirdikdən sonra hansı işlə məşğul olacaqsan?

– Biz futbolun içində olmuşuq həmişə. Yəqin ki, karyeramı bitirdikdən sonra da futbol işi ilə məşğul olaram. İnşallah, gələcəkdə də Azərbaycan futboluna xidmət edəcəyəm.

RASİM MƏMMƏDLİ

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here