Paşinyan Aznavura görə matəm elan edəcək

0
18

Erməni əsilli fransalı şanson ifaçısı Şarl Aznavurun dəfn edildiyi gün Ermənistanda matəm elan ediləcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, İrəvanda Ş. Aznavurla görüşməyə hazırlaşırdı, lakin bu baş tutmadı. N. Paşinyan müğənni ilə şəxsən tanış olmadığına görə təəssüf hissi keçirdiyini qeyd edib. Baş nazir diqqətə çatdırıb ki, Ş. Aznavur Ermənistanın təşəkkül tapmasına böyük töhfə verib. N. Paşinyan müğənninin Fransada, yoxsa Ermənistanda dəfn ediləcəyi barədə hələ dəqiq məlumatın olmadığını deyib.

Xatırladaq, Ş. Aznavur bu gün 95 yaşında vəfat edib.