İndoneziyada təbii fəlakət qurbanlarının sayı 832 nəfərə çatıb

0
20

İndoneziyada baş verən zəlzələ və sunami qurbanlarının sayı artıq 832 nəfərə çatıb.

Bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə idarəsi xəbər verir.

Xatırladaq ki, İndoneziyanın Sulavesi adası sahillərində 7,4 maqnitudalı zəlzələ sentyabrın 28-də baş verib.

Yeraltı təkanların episentri Palu şəhərindən 80 kilometr şimalda qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib. Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!