Bu avtomobil duzlu su ilə işləyir

0
191

Lixtenşteyndə yerləşən “NanoFlowcell AG” şirkəti benzin əvəzinə duzlu su ilə işləyən avtomobil icad edib. İstehsal üçün hazırlıqları davam edən avtomobil əvvəlcə Almaniyada yoxlanılacaq. İdman avtomobili olan yeni vasitənin bazarda böyük rəğbət görəcəyi ehtimal edilir. İdman avtomobillərinin normadan artıq yanacaq sərf etdiyi və ətraf mühitə çox zərər verdiyi üçün tez-tez ekoloqların tənqidlərinə məruz qalır. Ona görə də, sözügedən şirkət duzlu su ilə işləyən “Quant e-Sportlimousine” markalı avtomobil ərsəyə gətirmək qərarına gəlib. Avtomobil hidrogen yanacaq sistemi ilə işləyir. Lakin benzinlə işləyən avtomobillərdən fərqli olaraq, o enerjini elektrolitlərin arası ilə axan duzlu sudan alır. 2 min 300 kiloqram çəkisi olan avtomobil 2,8 saniyəyə 100 km/saat sürət yığır. Avtomobil 200 litrlik su çəni ilə təxminən 600 km yol qət edə bilir. Artıq avtomobilin Avropada istifadə olunması üçün rəsmi icazə alınıb. Satış qiyməti hələki müəyyənləşməsə də, onun dəyərinin 1,7 milyon dolardan az olmayacağı bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here