Ərdoğan iclas zalını tərk edib

0
19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp BMT Baş Assambleyasında çıxış edərkən iclas zalını tərk edib. Ərdoğanın bu addımının səbəbi açıqlanmır.

Bildirilir ki, Tramp çıxışı zamanı Suriyadan qaçqın qəbul edən ölkələrin adlarını sadalayarkən Türkiyəni qeyd etməyib.

Başqa bir məlumata görə, Trampdan sonra çıxış növbəsi Ərdoğanın olduğu üçün o, hazırlıq üçün zalı tərk etməli olub. teleqraf com