Rövşən Xəlilov Amerikada keçiriləcək Dünya cempionatında iştirak edəcək

0
459

Bakı şəhərində Powerflinq (ağırlıq qaldırma) üzrə Azərbaycanın ən güclülərini təyin etmək üçün təşkil olunan Azərbaycan kuboku keçirilib. Bu yarışda Mingəçevirdən olan idmançı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, ikiqat dünya, ikiqat Avropa və bir çox beynəlxalq yarışların qalibi, Azərbaycan rekordçusu  Rövşən Xəlilov Amerikada keçiriləcək Dünya cempionatında ən güclülərin yarışına yer qazanıb.

Bundan başqa, Rövşən Gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Fəxri idman ustası adına layiq görülərək döş nişanı və idman ustası vəsiqəsi ilə təltif olunub. Qeyd edək ki, Rövşən 3 hərəkətin cəmində 650 kq tək yerdən ağırlığı qaldirma hərəkətində 275 kq ilə rəqiblərindən yaxşı nəticə göstərib. İdmançımıza Amerikada keçiriləcək yarışda uğurlar arzu edirik.

Esmira Hidayətova, Mingəçevir.