İranda matəm elan edilib

0
16

İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib. Terror aktı qurbanlarının dəfn günü İranda milli matəm elan olunub. İran hökuməti terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların şəfa diləyib.

Qeyd edək ki, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər isə yaralanıb.