“Manqurt” tamaşası təqdim olunub. 

0
26

Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində
“Manqurt” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Çingiz Aytmatovun
“Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə
əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə
Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban
Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali
Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir.