“Qarabağ” əliboş qayıdır

0
21

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” komandası səfərdə Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb.“Qarabağ”ın start heyətində Vagner, Qara Qarayev, Maksim Medvedev, İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozoviç, Yaqub Jerniçak, Bədavi Hüseynov, Donald Gerye və Çoşqun Diniyev yer alıblar.

“Sportinq”in ilk onbirliyində isə meydana Romen Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodrigo Batalya, Nani, Rafinya, Jeremi Matyö və Nemanya Qudel çıxıblar.

“Joze Alvalade” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin 99-ci avrokubok oyunu idi. 98 qarşılaşmada Qurban Qurbanovun yetirmələri 35 dəfə meydanı qələbə ilə tərk ediblər.

Matçı Fransadan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Fransua Leteksiye olub. Ona Siril Münyö və Mehdi Rahmuni kömək ediblər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirib.

Matçın ilk dəqiqələrində “Sportinq” komandasını əks hücümda yaxalayan Qurban Qurbanovun yetirmələrinin vurduğu zərbə dəqiq olmayıb. Qarşılaşmanın 21-ci dəqiqəsində portuqaliyalıların müdafiədə kobud səhvini İnnosent Emeqara dəyərləndirə bilməyib.

Beləliklə, hər iki komandanın cəhdlərinə baxmayaraq birinci hissə qolsuz heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri 54-ci və 87-ci dəqiqələrdə iki qol vuraraq qələbə qazanıblar.

E qrupun digər oyunu “Emirates” stadionunda keçirilib. Meydan sahibi “Arsenal” Ukrayna təmsilçisi “Vorska” klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (4:2).

Avropa Liqası

Qrup mərhələsi, I tur

20 senytabr

A qrupu

23:00. AEK (Larnaka, Kipr) – “Sürix” (İsveçrə) – 0:1

23:00. “Lüdoqorets” (Bolqarıstan) – “Bayer” (Leverkuzen, Almaniya) – 2:3

B qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) – 1:0

23:00. “Leyptsiq” (Almaniya) – “Zaltsburq” (Avstriya) – 2:3

C qrupu

23:00. “Kopenhagen” (Danimarka) – “Zenit” (Rusiya) – 1:1

23:00. “Slaviya” (Praqa, Çexiya) – “Bordo” (Fransa) – 1:0

D qrupu

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Fənərbağça” (Türkiyə) – 4:1

23:00. “Spartak” (Trnava, Slovakiya) – “Anderlext” (Belçika) – 1:0

E qrupu

23:00. “Arsenal” (İngiltərə) – “Vorskla” (Poltava, Ukrayna) – 4:2

23:00. “Sportinq” (Lissabon, Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 2:0

F qrupu

23:00. “Düdelanj” (Lüksemburq) – “Milan” (İtaliya) – 0:1

23:00. “Olimpiakos” (Yunanıstan) – “Betis” (İspaniya) – 0:0

G qrupu

20:55. “Rapid” (Vyana, Avstriya) – “Spartak” (Moskva, Rusiya) – 2:0

20:55. “Vilyarreal” (İspaniya) – “Reyncers” (Şotlandiya) – 2:2

H qrupu

20:55. “Latsio” (İtaliya) – “Apollon” (Kipr) – 2:1

20:55. “Marsel” (Fransa) – “Ayntraxt” (Almaniya) – 1:2

I qrupu

20:55. “Beşiktaş” (Türkiyə) – “Sarpsporq” (Norveç) – 3:1

20:55. “Genk” (Belçika) – “Malmö” (İsveç) – 2:0

J qrupu

20:55. “Akhisarspor” (Türkiyə)- “Krasnodar” (Rusiya) – 0:1

20:55. “Sevilya” (İspaniya) – “Standard” (Lyej, Belçika) – 5:1

K qrupu

20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Astana” (Qazaxıstan) – 2:2

20:55. “Renn” (Fransa) – “Yablonets” (Çexiya) – 2:1

L qrupu

20:55. PAOK (Yunanıstan) – Çelsi” (İngiltərə) – 0:1

20:55. “Videoton” (Macarıstan) – BATE (Belarus) – 0:2.