Quba-Alpan yoluna

0
19

 

(Bərbad vəziyyətdə olan Quba-Alpan yoluna)

Çalalar açıb “qucaq”

Sanki səni udacaq.

Yox əncam çəkən ancaq

Quba-Alpan yoluna.

 

Atılsa da çox “həblər”,

Gizlənir çox mətləblər,

Xeyir vermir tələblər

Quba-Alpan yoluna.

 

Dilimdə bir şüardır,

Deməmək bunu ardır.

Məgər bir taymı vardır

Quba-Alpan yoluna?

 

Burdan yüz yol keçirlər,

Yüz ölçüb bir biçirlər,

Üstəlik and içirlər,

Quba-Alpan yoluna.

 

Sığmayır yerə-göyə,

Belə “gözəl”dir deyə…

Qorxuram ki göz dəyə

Quba-Alpan yoluna.

 

Ərz eləyir bir çoxu

Gizlətmə, qardaş, oxu.

Lazımdır göz muncuğu

Quba-Alpan yoluna.

Qvami Məhəbbətoğlu