Qubalı pəhləvan qardaşlar kolumbiyalıları heyrətləndiriblər

0
21

Qubalı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər. alpaninfo.com AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın və Hüseyn Abdulhüseynovlar kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəccübləndirməyi bacarıblar. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar həyəcan və alqışlarla izləyiblər.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil olunan Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılan qardaşların çıxışı bu ölkənin məşhur “Caracol” televiziyası vasitəsilə yayımlanacaq. Abdulhüseynovlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə də uğurla çıxış ediblər.