“Diqqət, uşaqlar”a  mütəmadi xarakter alıb

0
77

Hər il olduğu kimi,  bu il də Mingəçevirdə yeni  tədris ilinin başlanması ilə əlaqədar “Diqqət, uşaqlar”  devizi altında  hərəkətin  təhlükəsizlik aylığı keçirilib. Bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsi tərəfindən orta ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil edilib. Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçinin məktəblərdə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisi əməkdaşlarının köməyinin artırılmasıdır.

Aylıq çərçivəsində  təşkil edilən reyd zamanı yeniyetmələrə yol nişanları və piyada keçidləri haqqında məlumat verilib. Bildirilib ki, məqsəd baş verə biləcək yol qəzalarında məktəblilərin ölüm və yaralanmalarının sayını sıfıra endirməkdir.

 

Qeyd edək ki, bu cür tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir