Məhsuların keyfiyyəti hamının ürəyincədir

0
323

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən bağçalara yeni kəsilmiş heyvan əti, kartof, çuğundur, kələm və digər yerli istehsal  məhsulları  paylanıb.

Verilən məlumata görə, “Ərzaq məsullarının tədarükü və təchizatı” ASC dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməklə kəndlidən alınan məhsulu bağçalara, xəstəxanlara çatdırır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün 1865 sayda təchizat nöqtəsi yaradılıb. Qeyd olunub ki, Mingəçevir şəhəri üzrə uşaq bağçalarına 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton ərzaq təminatı həyata keçirilib. Verilən məhsuların keyfiyyəti, ekoloji təmizliyi valideynlərin, bağça rəhbərliyinin, həmçinin uşaqların ürəyincədir.

Esmira Hidayətova,Mingəçevir