Mingəçevirdə “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda tədbir keçirilib

0
100

Sentyabrın 18-də Mingəçevir şəhəri “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda tədbir keçirilib.

Tədbirdə “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri -layihənin rəhbəri Əliqismət Kərimov, Mingəçevir Bələdiyyəsinin Yerli sosial məsələlər” daimi komissiyasının sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı və DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də dini icma üzvləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Əliqismət Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.

Tədbirdə “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov dini radikalizmin yaranma səbəblərindən, radikal qrupların təbliğat metodlarından bəhs edərək, onlara qarşı mübarizə üsulları barədə məlumat verib.

“Gənclərin dini radikalizmə meyillənməsinin səbəbləri və səbəbləri aradan qaldırmaq yolları” mövzusunda çıxış edən Mingəçevir Bələdiyyəsinin daimi komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir