Payız ölkəmizə sentyabrın 23-də qədəm qoyacaq

0
110

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası payız fəslinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:54-də daxil olacaq.

Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.