Doğum tarixiniz sizə nədən xəbər verə bilər?

0
31

Yaxşı insan olmaqdan ötrü insan  özünə kənardan obyektiv baxmağı bacarmalıdır və özünün çatışmayan cəhətlərini bilməlidir. Əgər siz potensiala sahib olmaq və uğura doğru addımlamaq istəyirsinizsə o zaman hansı çatışmayan tərəflərinizin  olduğunu bilməyiniz sizə kömək edəcək.

Bu əyləncəli test sizə maraqlı olacaq

Rəqəmlərdən istifadə edərək doğum tarixinizi tam şəkildə yazın. Məsələn, 20.12.1991 və ya 20121991. Doğum tarixinizdə 1 dən 9 – a qədər hansı rəqəmin olmadığı müəyyən edin. 0 rəqəmindən başqa. Yuxarıda qeyd etdiyimiz doğum tarixində 1 – dən 9 – a qədər 3,4,5,6,7 və 8 rəqəminin olmadığnı müşahidə edirik.

Deməli, doğum tarixinizdə olmayan rəqəmlər  çatışmayan tərəfləriniz  haqqında sizi məlumatlandıracaqdır.

Əgər sizdə 1 rəqəmi yoxdursa

Siz başqa insanlara qarşı hər zaman diqqətlisiniz, lakin sizdə sərəbəst şəkildə fikirləşmək və sərbəst şəkildə hərəkət etmək xüsusiyyəti yaxşı alınmır. Siz başqalarının dedikləri ilə hərəkət etməyə meyillisiniz. Çalışın başqalarının sizə təsir etməsinə imkan verməyəsiniz.

Qeyd: yalnız 2000 – ci ildən sonra doğulan insanlar bu kateqoriyaya daxil ola bilər.

Əgər sizdə 2 rəqəmi yoxdursa

Siz eqoist və bir az da ehtiyatsızsınız. Bəzən siz işarəli sözü və ya digər insanların reaksiyasını anlaya bilməyəcək qədər diqqətsiz olursunuz. Çalışın ətrafdakı insanların hissinə daha çox diqqət yetirəsiniz.

Doğum tarixində 3 rəqəmi olmayan insanlar tərs olurlar və uduzmağı xoşlamırlar. Bu tip insanlar impulsiv və ya düşünmədən hərəkət edirlər. Əgər siz bu kateqoriyaya daxilsinizsə, diqqətli olun, əks təqdirdə sizin bu xüsusiyyətiniz  düzgün anlaşılmaya bilər.

Əgər sizdə 4 rəqəmi yoxdursa

Çox güman ki,  başqa xoşagələn variantlar meydana çıxan zaman  öz məqsədləriniz naminə çalışmalarınız sizə çətin gəlir. Emosiyalarınıza belə rahat təslim olmayın. Xüsusilə də iş  maddiyyata aiddirsə.

Əgər sizdə 5 rəqəmi yoxdursa

Sizin çatışmayan tərəfiniz, qərarsız olmağınızdır. Siz eyni vaxtda müxtəlif variantlara diqqət yetirirsiniz və buna görə də  qəti qərar vermək üçün sizin xeyli zamana ehtiyacınız olur.

Diqqətinizi bir yerə toplayın və öz instiktlərinizə güvənin.

Əgər sizdə 6 rəqmi yoxdursa

Əgər sizin doğum tarixinizdə 6 rəqəmi yoxdursa, siz  əsl “Mən” i meyadana çıxara bilmirsiniz. Siz başqa yığıncaqlarda,başqa insanlar arasında özünüzü narahat hiss edirsiniz və başqaları ilə ünsiyyət qurmaqda əziyyət çəkirsiniz. Xüsusilə əks cinsin nümayəndələri ilə .

Siz başqa insanların arasında öz fikirlərinizi nümayiş elətdirmək  üzərində çalışma aparmalısınız.

Əgər 7 rəqmi yoxdursa

Siz həyatda bir az pessimistsiniz və sizin motivasiyaya ehtiyacınız var. Neqativ hisslərə baxmayaraq, sizin həyatda bəxtiniz gətirir, siz sudan quru çıxırsınız və insanları cəlb etməyi bacarırsınız. Sizə optimist olmağa heç bir şey mane olmur.

Əgər 8 rəqəmi yoxdursa

Siz tənbəlsiniz və hər şeyi sonraya saxlayırsınız. Bundan başqa, siz bir çox şeyləri  məntiqə əsaslanmadan intuitiv qəbul edirsiniz.

Çalışın həyatda hər şeyi sistemli şəkildə edin və özünüzə lazımsız promblemlər yaratmayın.

Əgər sizdə 9 rəqəmi yoxdursa

Siz əsl realistsiniz. Hesab edirsiniz ki, özünüzdə nələri isə dəyişmək faydasızdır və olduğunuz kimi qalmağa çalışırsınız. Siz hətta başqa dəyərləri qəbul etməkdə çətinlik çəkirsiniz və səthi münasibətlər qurmağa meyillisiniz. Düşüncə tərzinizi inkişaf etdirməyə çalışın.

Qeyd: yenə də bu kateqoriyaya yalnız 2000 – ci ildən sonra doğulanlar daxildir.

Könül Əluyeva “İki sahil”