Nazirlik ləğv olunan ümumtəhsil müəssisələri ilə bağlı məsələyə aydınlıq gətirib

0
216
Ötən gün Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) bir müddət əvvəl fəaliyyəti dayandırılan liseylərinin yenidən fəaliyyətə başladığına dair xəbərlər yayılıb. 
Təhsil Nazirliyi  məsələyə aydınlıq gətirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, nazirlik Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumtəhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır. Son məlumata əsasən, burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərə qəbul olunub. Digər təhsil alanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumtəhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib.

Qəbul olunmuş qərara əsasən, eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq. Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə, ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədris proqramı tətbiq olunacaq.  Sentyabrın 15-də bütün ölkədəki kimi qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here