İqtisadi artım tempimiz necədir?

0
26

Bu ilin yanvar-avqust aylarında ölkədə 50 milyard 521,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstərici iyul ayı istisna olmaqla 2018-ci il ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur. ÜDM-də qeydə alınan artım bu ilin yanvar ayında 2%, fevral ayında 1,3, mart ayında 2,3%, aprel ayında 1,2%, may ayında 1,1%, iyun ayında 1,3%, iyul ayında isə 0,2% həddində olub.

Son 8 ay əzrində iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 0,9%, neft sektorunda isə 0,4% artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 153,1 manata bərabər olub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,3% artıb, əmtəəlik qaz hasilatı isə 3,6% azalıb.