“Qətər Əmiri bunu eşidəndə təyyarəni Türkiyəyə hədiyyə etdi”

0
23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Saninin ona 400 milyon dollar dəyərində təyyarə hədiyyə etməsinə dair iddialara münasibət bildirib. “Hürriyet” qəzetinə istnadən xəbər veririk ki, Türkiyə Prezidenti həmin iddiaların yalan olduğunu deyib.

R.T. Ərdoğan qeyd edib: “Karları incitmək istəmirəm. Amma barəsində danışdıqlarınız eşitmirlər, ancaq uydururlar. İşin əsli necədir? Qətər həmin təyyarəni satırdı, hətta rəqəm bildiyim qədəriylə 500 civarındaydı. Bu əsnada biz də onunla maraqlandıq. Qətər Əmiri bunu eşidəndə təyyarəni Türkiyəyə hədiyyə etdi. O, Türkiyədən pul almayacağını, bunu Türkiyəyə hədiyyə etdiyini deyib. O təyyərə şəxsi təyyarəm deyil, Türkiyə dövlətinindir. Türkiyə dövlətinə veriləcək belə təyyarə CHP-ni niyə narahat edir. Ya da onların telekanallarını niyə narahat edir? Bunları anlamaq olmur. Mən onları məhkəməyə verdim. Onlar məhkəmələrdə sürünücəklər. Hamısı, CHP sədri də. İftira edirlər, biz də məhkəmə işini uduruq. O, ödəməkdən bezmir, biz də qazanmaqdan bezmiyəcəyik, davam edəcəyik. Bəhs edilən təyyarə hazırda boyanılır. İnşallah bütün işlər tamamlandıqdan sonra onunla da bir səfər edərik. Amma mənim deyil, Türkiyə dövlətinin təyyarəsinə minəcəksiniz”.