“Əsas hədəfimiz qrupa düşmək yox, orada uğurlu çıxış etməkdir”

0

enter Avrokubokdakı uğurlu çıxışı ilə bizləri sevindirən və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” daxili birincilikdə eyni nəticəni göstərə bilmir. Premyer Liqada bu mövsüm keçirdiyi 3 matçda cəmi 2 xal toplayan Ağdam klubu hazırda 9-cu pillədə qərarlaşır. 4-cü turda isə “Qarabağ” gözlənilmədən “Bakı” ilə heç-heçə etdi. Bu qarşılaşmada yeni komandasının heyətində ilk dəfə 90 dəqiqə meydanda olan Şəhriyar Əliyev isə məhz “Bakı”dan buraya gəlib. Biz də bütün bunları nəzərə alıb milli komandamızın gənc müdafiəçisi ilə söhbətləşdik.

follow url – Öncə “Bakı” ilə oyun barədə fikirlərini bildirərdin…

– Ümumilikdə yaxşı oynadıq, lakin bəzi qol vəziyyətlərini dəyərləndirə bilmədik. İkinci hissədə rəqib səviyyəli oyun nümayiş etdirdi. Bəlkə də, biz arxayınlaşdıq, elə oyun oldu. İkinci hissədə 2 qol buraxdıq, qalib olmaq üçün çalışdıq, lakin alınmadı.

free gay video shaft jism chain – Rəqib əsasən gənclərdən qurulmuş futbolçulardan təşkil edilsə də, etiraf et ki, sizə əməlli-başlı başağrısı oldu…

– Bəli, “Bakı” çox yaxşı oynadı. Bizim yol yorğunluğumuz da oyunun nəticəsinə təsir etdi. Ancaq bu o demək deyil ki, biz qalib olmamalıydıq.

see – Bu nəticə sizin üçün sürpriz olmadı?

– Təbii ki, gözləmirdik. Rəqib həmişəki oyunları ilə müqayisədə daha yaxşı çıxış etdi. Maraqlı oyun oldu. Biz fərq qoymadan, hər matça ciddi hazırlaşırıq və qalib gəlmək istəyirik.

source link – İkinci hissədə hesabda geriyə düşdünüz və məğlubiyyətdən son anda qurtuldunuz. Ümumiyyətlə, “Bakı”nın bir neçə qol imkanı oldu. Qələbə qazanmamağınızı nə ilə əlaqələndirmək olar: yorğunluq, yoxsa arxayınlıqla?

enter site – Düzdür, yorğun idik. Lakin biz qalib gəlmək üçün meydançaya çıxırıq. Qismət belə imiş, məğlub olduq.

escort 18d fuel tank capacity – Sən özün “Qarabağ”a bu yay məhz “Bakı”dan keçmisən. Meydana çıxanda hansı hissləri keçirirdin?

– Bəli, “Bakı”dan transfer olunmuşam. “Bakı” mənim üçün doğma komandadır. Lakin indi “Qarabağ”da oynayıram, bu klub da mənim üçün doğmalaşıb. Həmişə həvəslə oynamışam, öz komandamın qalibiyyəti üçün çalışmışam.

– Səni “Bakı”nın yetirməsi saymaq olar. Bu klub sənin üçün nəyi ifadə edir?

– Mən “Bakı”nın yetirməsiyəm. 17 yaşıma qədər “Qarabağ”da oynamışam, daha sonra “Bakı”ya keçmişəm. Hər iki komanda mənim üçün dəyərlidir.

– “Bakı”dan qalmaqallı şəkildə ayrıldın. Klub rəhbərliyinin komandanı tərk edən futbolçulardan incikliyi var. Bəs sənin incikliyin varmı?

– Mən qalmaqallı şəkildə ayrıldığımı deməzdim. Çempionatın başlanmasının son gününə qədər gözlədim, bir gün qalmış “Qarabağ”la müqavilə bağladım. İnciklik yoxdur.

– Artıq daha ambissiayalı, Avropa təcrübəsi olan bir komandada çıxış edirsən. Yeni komandanın hədəfləri və taktikası ilə ayaqlaşa bilmisənmi?

– Düzdür, burada “Bakı”dakından bir qədər fərqlidir. Çalışıram uyğunlaşım. Komandama faydalı futbolçu olmaq üçün əlimdən gələni edirəm.

– Avropa Liqasında düşdüyünüz qrupla bağlı düşüncələrin nələrdir?

– Qrupumuza düşən klublar gülcü rəqiblərdir. “İnter”, “Sent-Etyenn” və “Dnepr” öz ölkələrində sözlərini demiş komandalardır. Bizim üçün asan olmayacaq, lakin biz də var gücümüzü sərf edəcəyik ki, yaxşı nəticə qazanaq. Qrupa düşmək bizim hədəf deyil, əsas hədəfimiz qrupda yaxşı oynamaqdır. İnşallah, hər şey yaxşı olar.

– Səncə, komandanın bundan artığına gücü çatarmı? Yəni qrupdan çıxa bilərmi?

– İnanıram ki, qrup oyunlarında yaxşı nəticələr göstərərik. Bura qədər əzmkar oyun nümayiş etdirmişik, davamını gətirmək də borcumuzdur. Təkcə mən yox, bütün xalqımız buna inanır. Ona görə də, əlimizdən gələni edəcəyik.

– Ən azı yanvara qədər 3 cəbhədə (Premyer Liqa, Azərbaycan Kuboku, Avropa Liqası) mübarizə aparacaqsınız. Sıx oyun qrafiki sizə daxili çempionatdakı hədəflərinizə çatmaqda problem yaratmaz?

– Biz bura qədər gəlmişiksə, bundan sonra nə etmək lazımdırsa edəcəyik. Fərqi yoxdur, həm Avroliqa, həm də daxili oyunlarımız; hər oyun bizim üçün önəmlidir. Avropa klublarına baxsanız görərsiniz ki, 2-3 gündən bir matça çıxırlar. Biz də bu sıx oyun qrafikinə alışmalıyıq.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here