Mingəçevir Dövlət Dram Teatrı “Bir saatlıq xəlifə” ilə yeni mövsümə başladı

0
83

Sentiyabırın 15-də Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü Abdulla Şaiqin “Bir saatlıq xəlifə“ əsəri əsasında hazırlanan tamaşa ilə açıb.

Tamaşadan öncə  teatırın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Xəzər Gəncəli saytımızı bildirib ki, bu il teatırımızın 50, Mingəçevir şəhərinin isə 70 illik yubleyləri qeyd olunacaq: “Bunu qərara alaraq mövsümə yeni tamaşa ilə başlamağı qərar verdik. Sevindirici  haldır ki, yaradıcı heyət üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edərək 9 gün ərzində bu əsəri tamaşaya qoymağı bacardı. Onu da qeyd edim ki,  bu tamaşa Abdulla Şaiqin yeniyetmələr üçün qələmə aldığı ən maraqlı pyesidir”. O həmçinin bu mövsümdə teatrın repertuarında maraqlı tamaşaların olacağını bildirib: “Zamanla səsləşən, insanlarımızın problemlərini özündə əks etdirən, onlara bu yolda kömək edən pyesləri repertuarımıza daxil edəcəyik ki, tamaşaçılar teara böyük maraqla gəlsinlər”.

Mingəçevir Dövlət Dram Teatrının daimi qonağı teatrşünas-tənqidçi Anar Bürcəliyev isə qeyd edib ki, tarixi bir yol keçən Mingəçevir Dövlət Dram Teatrı yarandığı gündən respublikanın ən aparıcı teatrlarından biri olub:  “Mən şərəfli yol keçən bu teatra uğurlar arzulayıram”.

Tamaşadan öncə teatrın müdir müavini Vüsal Məmmədov çıxış edərək yeni mövsümlə bağlı fikirlərini açıqlayıb. O, Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun salamlarını da tamaşaçılar çatdırıb.

Bundan sonra nümayiş olunan “Bir saatlıq xəlifə” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli, rəssamı isə Rəfael Həşimovdur. Tamaşanın baş rollarından birini respublikanın Əməkdar artisti Şıxı Yaqubov oynayıb.

Esmira Hidayətova, Mingəçevir