Reyd zamanı polis azyaşlıya kömək etdi

0
16

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadalarla bağlı reyd keçirib. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə  keçirilən reyd zamanı  yolu müəyyən edilməmiş yerlərdən keçən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan piyadalara cərimələr yazılıb. Onlar saxlanılarkən min bir bəhanələr gətirərək tətbiq olunan cərimələrdən boyun qaçırmaq istəyiblər.

Axşam reydi ilə bağlı saytımıza açıqlama verən Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru Xətai Məmmədov bildirib ki, keçirilən reyd zamanı qayda pozan 55 piyada saxlanılıb. Onlardan 35-nə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, reyd zamanı hərəkətin sıx olduğu yolda azyaşlı uşaq yolu keçərkən çətinlik çəkib. Bunu görən yol polisi özünü azyaşlıya çatdırıb və onu piyada keçidindən keçirib.

Esmira Hidayətova, Mingəçevir