İraq türkmənlərinin azadlıq qəhrəmanı – Necdət Koçak (1)

0
149
Necdət Koçak 1939-cu il aprel ayının 4-də Kərkükdə Nurəddin Ali Tevfik adlı bir türkmən müəllimin ailəsində dünyaya gəldi. Atası kürd və ərəb millətçilərinin dəfələrlə təzyiqləri ilə üzləşmiş,  sonralar oğluna dediyi kimi,  onu təhdid edən ölümlərdən son anda Allahın yardımı ilə qurtara bilmişdi.
Ötən əsrin əvvəllərindən başlayaraq Osmanlının tədricən çökməyə başlaması və 1918-ci ildə qos-qoca bir imperiyanın tarixə qovuşması İraqda yaşayan türkmənlərin faciələrə sürüklənməsinə yol açdı. Bu baxımdan Osmanlının çökməsi ilə İraqda yaşayan ərəb və kürd   millətçiləri tərəfindən türkmən düşmənçiliyinin körüklənməsi nəticədə sonuncuların soyqırımlarına yol açdı.  Təbii ki, bu da türkmənləri özlərini müdafiə etməyə məcbur edərək onların arasından yeni milli- azadlıq mübarizlərinin meydana çıxmasına yol açdı. Onlardan biri də İraq türkmənlərinin milli azadlıq mücahidi, həyatını millətinin  qurban verən alovlu mübariz Necdət Koçak idi. 

Azadlıq mübarizəsinə gedən yol

Necdət Koçak 1939-cu il aprel ayının 4-də Kərkükdə Nurəddin Ali Tevfik adlı bir türkmən müəllimin ailəsində dünyaya gəldi. Atası kürd və ərəb millətçilərinin dəfələrlə təzyiqləri ilə üzləşmiş,  sonralar oğluna dediyi kimi,  onu təhdid edən ölümlərdən son anda Allahın yardımı ilə qurtara bilmişdi. Hədələrə, təzyiqlərə və özünü hər an gözləyən ölüm təhlükləərinə baxmayaraq Nurəddin Ali Tevfiq uşaqlara dərs deməkdə, onları milli ruhda tərbiyə etməkdə davam edirdi.  Nurəddin Ali Tevfiq  aildədə milli ruhun saxlanılmasına xüsusi diqqət yetirir və övladlarını vətənəprvərlik ruhunda böyüdür, türkmən düşmənçiliyinin haradan qaynaqlandığını və bunun arxasında hansı güclərin dayandığını onlara başa salırdı. Belə bir mühitdə böyüyən Necdət uşaq yaşlarında kürd və ərəb millətçilərinin türkmənlərə qarşı həyata keçirdikləri soyqırımlarının dəfələrlə şahidi olmuş və bu onu xalqını bu zülmdən xilas etmək üçün yollar axtarmağa məcbur etmişdi. Hələ 10 yaşı olanda  balaca Necdət atasına müraciətlə: “ Axı biz ərəblərə və kürdlərə nə pislik etmişik? Onlar da bizim kimi geyinir, namaz qılır, Allaha dualar edirlər. Biz də müsəlmanıq, onlar da, onda bəs onlar niyə biz müsəlman türkmənləri qətlə yetirilər. Məgər onlar Allahdan qorxmurlar?”,- deyə soruşmuşdu.

Nurəddin Ali Tevfik isə: “ Oğlum, burada düşmən barmağı var, yoxsa onlar özləri müsəlman ola-ola müsəlmanı öldürməzdilər. Düşmənlər müsəlmanlar arasına ərəb, kürd, fars millətçiliyi toxumları səpərək onlar türklərə qarşı soyqırımlarına  şirnikləndirirlər. Başımıza gətirilən facilərin də hamısının arxasında türk düşmənçiliyinin körüklənməsi dayanır, biz türklərdən bir vaxtlar Avropaya hökm edən  Osmanlının qisasını almağa çalışırlar”,-demişdi.

Balaca Necdət bundan xeyli üzülmüş və  gücü göz yaşlarına çatmış, atasının dediklərinə hönkür-hönkür ağlamaqla cavab vermişdi. O, bu ağrıları yaşaya-yaşaya, hər gün ərəb və kürd millətçiləri tərəfindən türkmənlərə edilən təhqirləri görə-görə böyüdü. Millətinə dayaq olmaq, onu zülmə qarşı ayağa qaldırmaq üçün Necdət oxumaq, ali təhsil almaq istəyirdi. Bunu atasına deyəndə Nurəddin Ali Tevfik: “Oğlum  bu millətə  savadlılar da, əsgərlər də, sərkərdələr də lazımdır. Sərkərdəsi, əsgəri, savadlısı olmayan, özünü müdafiə edə bilməyən millət məhvə məhkumdur. Get, yolun açıq olsun”,- deyə Necdətə xeyir-dua vermişdi.

Bu arada isə  1958-ci il iyul ayının 14-də İraqda kral polkovnik Abdulkərim Qasım tərəfindən devrildi.  O vaxt 19 yaşında olan Necdət Koçak polkovnikin  ölkəni idarə etməyə başlamasından sonra türkmənlərə qarşı soyqırımlarına son qoyulacağına ümid edirdi. Amma onun ümidləri boşa çıxdı. Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn polkovnik Qasımın ölkəni diarə etməyə başlaması əksinə türkmənlərə qarşı təzyiqlərin daha da artmasına gətirib çıxardı. Dövlət çevrilişindən 3 ay sonra,1958-ci il oktyabr ayının 22-də bölgədə  Molla Mustafa Bərzani tərəfdarları ilə Kərkükdə nümayiş keçirdi. Nümayiş zamanı silahlı kürd millətçiləri və terrorçuları türkmənlərə həqarətlər edir, onları ələ salır, “Kərkükü tərk edin, Kərkük bizimdir”,-deyə qışqırırdılar.

 

Bütün bunlar isə gənc Necdətdə

ağır izlər buraxmaqda idi

Necdət Koçak ali təhsil almaq üçün türkmənlərin arxası, dayağı hesab edilən  Türkiyəyə getməyi qərara aldı. 1958-ci ildə ali təhsil almaq məqsədi ilə Türkiyəyə gələn Necdət Koçak Ankara universitetinin Kənd təsərrüfatı fakultəsinin əkinçilik texnikası bölümünə qəbul olundu. Türkiyədə oxuduğu illərdə o siyasi bir mübarizə məktəbi keçdi. Türkiyədə təhsil alarkən o dövrün tanınmış simalarından olan Necdət Sancarla tanış olan Koçak ona hörmət əlaməti olaraq adını Necdət adını götürdü.

Vətəndən kənarda Necdət xalqının düşdüyü ağır vəziyyətin səbəblərini daha dərindən anlamağa başladı. Hər dərs ilinin sonunda ana vətənə-Kərkükə gedən Necdət ərəb və kürd millətçilərinin təhqirlərinə, təzyiqlərinə və soyqırımlarına məruz qaldığını görərək bundan daha çox məyus olurdu.

 

Qətliamlar davam edir

1959-cu ildə illərlə düşmənçilik edən ərəb və kürd millətçiləri öz aralarındakı ziddiyyətləri unudaraq türkmənlərə qarşı birləşdilər.  Bu birləşmə isə qısa müddətdə onlarla türkmənin  məhv edilməsinə yol açdı.

1959-cu ilin iyul ayının 14-də Necdət Koçakın gözləri önündə daha bir dəhşətli türkmən qətlləri baş verdi. Həmin vaxt İraqda Qasımın hakimiyyətə gəlməsinin bir ili bayram edilirdi. Kərkükdə də bir bayram havası vardı. Belə bir vaxtda maşınlara doluşaraq əllərində daş, dəyənək və yüngül atıcı silahlar, o cümlədən tüfənglərlə silahlanan ərəb və kürd millətçiləri türkmən məhəllələrinə hücum etməyə başladılar. Kürd millətçiləri əvvəlcə bir qəhvəxanaya hücum edərək onun türkmən sahibini-qəhvəçi Osmanı qətlə yetirdilər. Onu bir maşının arxasına bağlayaraq şəhər boyu sürüdülər. Sonra  türkmənlərə küçəyə çıxmağı qadağan etdilər. Bundan sonra küçədə əllərinə keçən türkmənləri barabrcasına öldürməyə başladılar. Nəticədə kürd millətçiləri  başda minbaşı Ata Hayrullah olmaqla 36 türkməni vəhşicəsinə qətlə yetirdilər.  Yenə də təssüflər olsun ki, başqa Türkiyə olmaqla dünya dövlətləri bu qətliama ciddi reaksiya vermədilər. Həmin dövrdə Türkiyədə hakimiyyətdə olanlar: “ Bir neçə yüz türkmənə görə İraqla dostluğumuzu poza bilmərik”,-deyə bu qətliamı pərdə arxasından dəstəklməiş oldular. Bütün bunlar isə Necdət Koçakda olduqca ağır izlər buraxdı. O Türkiyəyə qayıdanda türkmənlərin ağrılarını olduğu kimi təlbə yoldaşlarına çatdırdı. Bununla belə o ilk illərdə islam-müsəlman qardaşlığnı təbliğ edərək türkmən soyqırımlarına son qoya biləcəyinə ümid edirdi. Amma o yanılmışdı…

Bir dəfə Necdət Koçak türkmənlərə qarşı edilən təhqirlərə  dözməyərək mədəni şəkildə buna etirazını bildirmiş, əvəzində isə kürd və ərəb millətçilərininm hücumuna məruz qalmış, onu bərk döymüşdüşlər. O vaxt Necdət  Koçakı ölümdən ağsaqqalların işə qarışması xilas etmişdi… Bir dəfə də Necdət Koçak türkmənlərə qarşı edilən təzyiqlərin qarşısını almaq üçün kürd və ərəb millətçiləri arasında islam, müsəlman birliyindən danışmış və bütün müsəlmanların qardaş olduqları, müsəlmanın qanının müsəlmana haram olması barədə kainatın günəşi Məhəmməd ( səs ) Peyğəmbərin dediklərini onlara xatırlatmışdı. Bunun cavabında isə ərəb və kürd millətçiləri Necdəti ələ salaraq gülmüş və ona həqarət edərək: “Siz türkmənlər ona görə bu günə qalmısınız. Bizi sən dediklərin maraqlandırmır, get nağılı özünüzünkülərə oxu, bizim davamız millət davasıdır, müsəlmançılıq, müsəlman təəssübkeşliyi qoy siz türkmənlərin olsun”,-demişdilər.

Əziz Mustafa

Sonralar də dəfələrlə Necdət Koçak ərəb və kürd millətçiləri arasında müsləman birliyini təbliğ etməyə cəhd etmiş, ancaq hər dəfə də qarşı tərəfin təhqirlərinə məruz qalmışdı. Ona görə də türkmənlərə üzünü tutaraq: “Bunlarla müsəlman, islam qardaşlığından danışmaq mümkün deyil, onların gözləri qızıb, millətçilik başlarını xarab edib. Onlara yalnız analoji cavab vermək lazımdır. Yoxsa biz faciələrdən xilas ola bilməyəcəyik”,-demişdi.

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here