ABŞ Azərbaycandan Avropaya qaz kəmərinin tikintisini dəstəkləyir

0
10

ABŞ Azərbaycanın “Şahdəniz” yatağından Avropaya tədarük ediləcək qazın nəqli üçün qaz kəmərinin tikinti layihəsini dəstəkləyir. Bunu ABŞ-ın energetika naziri Rik Perri deyib.

O bildirib: “Biz rəqabətin tərəfdarıyıq. Və mən təsdiq edirəm ki, Azərbaycan qazının Xəzər regionundan Avropaya tədarükü üzrə boru kəmərini dəstəkləyirik”.

R. Perri qeyd edib ki, o, avropalıların Rusiyanın “Qazprom” şirkətinin tikdiyi “Şimal axını -2” qaz kəmərinə tam meyilli olduğuna inanmır: “Mən avropalıların rəqabətli enerji tədarüklərini istədiklərini çox eşitmişəm”.