“Bu sözlərə görə cavab verəcək”

0
25

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan pulların yuyulmasında ünvanına səsləndirilən ittihamı cəfəng adlandırıb.  R. Koçaryan deyib ki, bu, növbəti cəfəngdir.

O bildirib: “Mən heç vaxt şəxsən bizneslə məşğul olmamışam. Ailəmin üzvləri heç vaxt dövlət vəzifəsi tutumayıb, lakin 15-16 ildir bizneslə məşğul olurlar və müəyyən uğurlara nail olublar”.

R. Koçaryanın sözlərinə görə, bütün mülkiyyət Ermənistanın dövlət reyestrində qeydiyyata alınıb: “Söhbət əlbəttə ki, milyardlarla, milyonlarla, minlərlə milyonlarla dollardan getmir. Fikrimcə, vaxt gələcək və bu cür bəyanat verən adam bu sözlərə görə cavab verəcək”.

O əlavə edib ki, “Konqress” mehmanxanası hakimiyyətdə artıq 6-7 il olmadığı vaxt, 2014-2015-ci illərdə alınıb: “Burada hansı rüşvət ola bilər”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib ki, R.Koçaryan pulların yuyulmasına dair cinayət işinin fiqrurantı qismində cəlb ediləcək: “Konqres” mehmanxanası 6 milyon dollara rüşvətlə alınıb. Koçaryan ailəsinin necə mülkiyyət sahibi olmasında dair sxem var. Söhbət yüz milyonlarla dollardan gedir”.