Mingəçevirdə evləri qarət edənlər yaxalanıblar

0
246

 

 

Mingəçevir şəhərində oğurluqla məşğul olan dəstə yaxalanıb.  Onlar ayrı-ayrı evlərdən qızıl-zinət əşyaları, həmçinin pul oğurlamaqla  şəhər sakinlərinə ümumilikdə 45 min manat ziyan vurublar. Dəstə üzvləri etdikləri oğurluq hadisələrini etiraf ediblər. Bildiriblər ki, törətdikləri  əməldən peşmandırlar.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin müstəntiqi  Tahir Şirinovun sözlərinə görə, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şəhər polis şöbəsinin istintaq bölməsi tərəfindən AzərbaycanRespublikasının CM-nin 177-ci maddəsi ilə cinayət işi başlanmışdır: “Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-dan cari il avqustun 10-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri – Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev və əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyevlə Siyavuş Həmzəyev saxlanılıblar”.

 

Qeyd edək ki, hazırda  Mingəçevir Şəhər Polis Şöbəsi bu şəxslərin  digər cinayətlərlə əlaqələrinin olub-olmamasını araşdırır.

Esmira Hidayətova, Mingəçevir