Seminar qarşılıqlı müzakirərlə keçib

0
214

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi Gülü Alməmmədova olub. 

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Bu müsabiqənin qalibi Mingəçevir 18 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülü Alməmmədova “Müəllimlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi” mövzusunda qalib  olub. Bununla bağlı məktəbdə seminar təşkil olunub. Seminarda 30 yaxın müəllim iştirak edib.

Əvvəlcə Gülü müəllimə layihənin məqsədi barədə açıqlama verib. Bildirib ki, əsas məqsəd  müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, valideyn məktəb münasibətləri, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, eləcə də  sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılmasıdır.

Seminarda bütün bu məsələlər qarşılıqlı müzakirə olunub. Müəllimlər bir sıra təklifləri irəli sürüblər.

Seminarda  o da vurğulanıb kiİnformasiya və Kommunikasiya  İnformasiya Texnologiyalarının (İKT) tətbiq olunduğu əsas sahələrdən biri də təhsildir. Təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Ona görə də müəllimlər daha çox bu sahəyə diqqət etməlidilər. O da qeyd olunub ki,Mingəçevir 18 saylı məktəb bu il ali məktəbə qəbul zamanı orta məktəblər arasında öncül yerlərdən birini tutub. Seminar qarşılıqlı diskusiya şəraitində davam edib.

Esmira Hidayətova, Mingəçevir