Lukaşenko: “Mən axı sizin kiminlə içdiyinizə… nəzarət etmirəm”

0
72

Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü keçirdiyi növbəti iclasda bəzi nazirlərin əyyaşlıq səbəbilə vəzifələrini itirdiyini açıqlayıb. Lukaşenko yeni nazirlərlə görüş zamanı hökumətdə kadr dəyişikliklərindən sonra da monitorinqi davam etdirəcəyini bildirib: “Bu hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən məmurlar, vəzifəli şəxslər məsələsinə hələ qayıdacağıq”.

Lukaşenko bu yaxınlarda istefaya göndərdiyi nazirlərin əyyaşlıqla məşğul olduqlarını açıqlayıb:

“Mən axı sizin kiminlə içdiyinizə, kiminlə hamama getdiyinizə, kiminlə söhbət etdiyinizə nəzarət etmirəm. Sağlığınıza. Siz rəhbərsiniz, bunu bacarmalısınız. Ancaq o ki qaldı sərxoşluğa, siz qədərini bilməlisiniz .El arasında deyildiyi kimi kiminlə, harada, nə qədər. Əgər bu hissi itirmisinizsə, onda siz rəhbər deyilsiniz. Məhz buna görə, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq. Mən öz prinsip və tələblərimi açıq və dürüst şəkildə demişəm – əyyaş rəhbər deyil”.

Qeyd edək ki, baş nazirin müavinləri Vladimir Semaşko, Vasili Matyuşevski, sənaye naziri Vitali Vovk, maliyyə naziri Vladimir Amarin və energetika naziri Vladimir Potupçik işdən çıxarılıblar.