Milli dəyərlərimiz dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi önəm daşıyır

0
394

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Elitar Gənc Biznesmenlər İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin, tarixi abidələrimizin və mədəniyyətimizin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi yekunlaşmışdır. Layihə rəhbəri Tural Əliyev layihənin keçirilməsində əsas məqsədin milli-mənəvi dəyərləri gənclər vasitəsilə bütün insanlara çatdırılması olduğunu bildirmişdir. Milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi önəm daşıyır.

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır söyləyən, T.Əliyev layihənin uğurla başa çatdığını, layihədən bir çox gəncin birbaşa bəhrələndiyini vurğulamış və gələcəkdə daha böyük miqyasda layihəni davam etdirmək istəyini bildirmişdir.

Esmira Hidayətova,Mingəçevir.