Mingəçevirdə mediada vətənpərvərliyin təbliği ilə bağlı tədbir keçirilib

0
292

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzində  “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” adlı layihə çərçivəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev açaraq mövzunun aktuallığını qeyd edib, şəhərdə məsələyə kompleks yanaşıldığını, təhsil ocaqları ilə yanaşı burada fəaliyyət göstərən bütün kollektivlərdə məsələnin diqqətdə saxlanıldığını, medianın imkanlarından geniş istifadə edildiyini nəzərə çatdırıb.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi barədə geniş məlumat verərək bildirib ki,  layihənin əsas məqsədi Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal, informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin təşkilindən, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki fəaliyyətinə dəstək olmaqdan, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatını gücləndirməkdən, mövcud prosesə əlavə stimul verməkdən ibarətdir.

 

Maraqlı müzakirələr şəraitində keçən tədbirdə layihənin eksperti “Jurnalist Araşdirmaları Mərkəzi”nin sədri Seymur Verdizadə çıxış edərək dəfələrlə Mingəçevir mediasında vətənpərvərlik mövzularına geniş yer verildiyinin şahidi olduğunu və bununla bağlı müxtəli tədbirlər, dəyirmi masalar keçirildiyini vurğulayıb. Tədbirdə ziyalılar, jurnalistlər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları çıxış edərək belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini qeyd ediblər.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.S onda Rəhim Hüseynzadə şəhid ailələrinə kitab hədiyyə edib.

Esmira Hidayətova, Mingəçevir