Aidə İsmayılova: “Bu, bizi çox sevindirir”

0
194

Bir çox görkəmli mütəfəkkirlər hesab ediblər ki, təhsilin gücü ilə cəmiyyəti dəyişdirmək, inkişaf etdirmək mümkündür. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən, təhsilindən asılıdır. Təhsil insan yaratmır, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühitin yaxşılaşmasına dəstək olur.

Bəli, belə düzgün tərbiyənin, təhsilin ünvanlarından biri də Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyidir. İlbəil liseyin təhsildəki uğurları artır desək, yanılmarıq. Belə ki, ötən tədris ilində bu liseyin müəllim və şagird kontingenti uğurlara imza atıb.

Bu günlərdə liseyin direktoru Aidə İsmayılova ilə həmsöhbət olarkən o bildirdi ki, ötən tədri ilimiz də yaddaqalan olub: ”Bəri başdan deyim ki, ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu diqqət, bu qayğı, təhsil sahəsində atılmış hər addım bizi daha da ruhlandırır və yeni nailiyyətlərə sövq edir. İndi də faktlara müraciət etmək istəyirəm. Ötən tədris ilində 11-ci sinfi bitirmi 69 şagirdimiz məzu olub. Onu da deyim ki, onlardan 3 nəfəri xüsusi naliyyətlərinə görə qızıl medala, bir nəfəri gümüş medala  layiq görülüb. 11-ci sinifi bitirən 12 şagirdimiz isə fərqlənmə attestatı alıb. 69 nəfər şagirddən 61 nəfəri ali məktəblərə qəbulla bağlı  sənəd verib və onların hamısı da tələbə adını qazanıb. Yeri gəlmişkən, 12 şagirdimiz 600-dən yuxarı bal toplayıb. Ümumilikdə isə 22 şagirdimiz 500-600 arası bal toplayıb. Bununla yanaşı, 9-cu sinif şagirdlərindən 5 nəfəri də təhsildəki uğurlarına görə fərqlənib. Bu nəticələri qənaətbəxş hesab etmək olar. Ən sevindirici hal odur ki, məzunlarımızın çoxu Azərbaycan Tibb Universitetinə qəbul olurlar. Bu, bizi çox sevindirir. Mən bu uğurları məktəbimizdə təşkil olunmuş təmayül siniflərimizlə də əlaqələndirmək istərdim”.

 

Esmira Hidayətova, Mingəçevir