“Qəbələ” “Səbail”ə, “Sabah” “Keşlə”yə qarşı

0
8

Bu gün Topaz Premyer Liqada birinci turun daha iki oyunu keçiriləcək. “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edəcək. Bu, komandalar arasında 7-ci duel olacaq.

Turun digər görüşündə Topaz Premyer Liqanın debütantı “Sabah” “Keşlə”nin qonağı olacaq.

Qeyd edək ki, avqustun 10-u  nəzərdə tutulan “Qarabağ” – “Zirə” matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, dünən Topaz Premyer Liqada 2018-2019 mövsümünə start verilib. İlk oyun günündə bir görüş keçirilir Mövsümün ilk matçında “Sumqayıt” “Neftçi”ni qəbul edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hesabı qonaqlar açıblar. Matçın 27-ci dəqiqəsində cinah ötürməsini “Neftçi”nin heyətində Mirabdulla Abbasov başla dəqiq tamamlayıb – 0:1. Birinci hissə “Neftçi”nin minimal hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın 66-cı dəqiqəsində sumqayıtlıların oyunçusu Vüqar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan Sumqayıt təmsilçisi matçın 72-ci dəqiqəsində qapısında ikinci topu görüb. Müdafiəçilərin səhvindən istifadə edən Emin Mahmudov hesab arasındakı fərqi artırıb – 0:2. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və “Neftçi” yeni mövsümə qələbə ilə başlayıb.