Mingəçevirdə ekoloji reydlər keçirilir

0
74

Hər il olduğu kimi, bu il də  avqust ayının 1-dən Mingəçevir şəhərində təmiz hava aylığına start verilib. Avqustun 1-dən 31-dək elan olunan “Təmiz hava” aylığı çərçivəsində Mingəçevirdə şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı ərazi ekologiya və təbii sərvetler söbəsinin əməkdaşları ilə reydlər keçirilir.

 

Məqsəd  nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılmasıdır.

 

 

Mingəçevir şəhərinin mərkəzi küçə və prospektlərində təşkil olunan növbəti reyd zamanı xüsusi cihaz vasitəsilə avtomobillərin mühərrikindən çıxan dəm qazının miqdarı yoxlanılıb. Keçirilən reydlə bağlı  məlumat verən Mingəçevir şəhər Polis ŞöbəsininYol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov bildirib ki, nəqliyyat vasitələrinin atmosferə ziyaninin minima endirmək məqsədi ilə hər il təmiz hava aylığı keçirilir: ”Reyd müddətində 80-ə yaxin avtomobil saxlanılıb. Onlardan 50-nə inzibati protokol tərtib olunub. Bu reydlər bir ay boyunca keçiriləcək  nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırırıq ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər”.

Esmira Hidayətova, Mingəçevir