Təravət Yusif: “Dostlarımı da… dəvət edəcəyəm”

0
95

Azərbaycan torpağının  al-əlvan təbiəti, istedadlı və qonaqpərvər insanları məni heyran etdi. Azərbaycanı qarış-qarış gəzərək, yurdumuzun təbiətini seyr edərək gəlib döğma şəhərim olan Mingəçevirə çatdım. Bu sözləri bizimlə həmsöhbət olan almaniyalı qonaq  Təravət Yusif deyir. O, 16 il bundan öncə ailəsi ilə birlikdə Almaniyaya getmişdi.

Bir gənc  turist kimi  şəhərimizin gözəlliyinə heyran olan Təravət xanım bildirdi ki, Almaniyaya gedəndə uşaq olsa da şəhər xatirində çox yaşı qalıb: ”Biz 16 il bundan əvvəl Almaniyanın Berlin şəhərinə yollandıq. Valideynlərim də orada bir müddət qaldıqdan sonra yenidən Mingəçevirə qayıtdılar. Amma mən bacılarımla orada orta məktəbi, daha sonra isə “Alise Salomon Hohschule Berlin Universitv Appiled Sciences” Universitetini bitirdim.  Hazırda daha bir universitetdə təhsilimi davam etdirirəm. Mən Azərbaycana ayaq basanda bu dəyişiklikləri görüb sevindim. Döğrudan da, böyük irəlləyiş var. Azərbaycan heç də digər xarici dövlətlərdən  geri qalmır. Mingəçevirdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığının şahidi oldum. Valideynlərim mənə deyir ki, həyata keçirilən tədbirlər nəticəsində Mingəçevir yüzlərlə yerli və xarici turistləri özünə cəlb edə bilib. Mən gələn dəfə gələndə böyük məmuniyyətlə dostlarımı bu diyara dəvət edəcəyəm: “Karyeramı daha məqsədəuyğun qurmaq üçün ikinci bir universitetə qəbul olmuşam. Bir gənc olaraq özümə görə planlarım var. Mən də istəyərəm ki, öz ölkəmin daha da irəliyə getməsi üçün gələcəkdə gəlib burada bir iş qurum. Bu mənim planlarımdan biridir. Gənc qızlarımıza tövsiyə edərdim ki, ilk öncə təhsilin arxasınca getsinlər. Sadəcə ailə həyatı qurum fikirləri ilə yox ,iş, karyera arxasınca getsinlər. Mən statistikadan öyrəndim ki, Azərbaycanda boşanmaların sayı hər il artır. Əgər gənclərimiz təhsilli olub ailə qursalar, daha yaxşı olar. Ona görə ki, qadın öz ayaqları üstə dursa, o,gələcəkdə öz övladına da təhsil verə bilər. Çünki bu həyatda heç nəyin qarantiyası yoxdur. Ona görə də qadınlarımız güclü olmasını istərdim. Belə də ki, həyat gözəldir, bu həyatda gözəl yaşamaq üçün də oxumaq, işləmək lazımdır. Mən Mingəçeviri çox sevirəm. Ona görə də istəyim budur ki, şəhərimiz daha gözəl olusun, bizim kimi gənclər gəlib karyeralarını burada qursunlar”.

Esmira Hidayətova, Mingəçevir