Müşfiq Şahverdiyev “Milyonluq kuş”da rol alıb

0
253

Avqustun 17-də “Artlemma” film şirkətinin istehsalı olan “Milyonluk kuş” filminin Türkiyədə təqdimatı keçiriləcək.

Azərbaycanlı aktyor Müşfiq Şahverdiyev də bu filmdə rola çəkilib. O, mətbuata açıqlamasında bildirib ki, film tam fərqli bir ekran əsəridir: “Artıq bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə birgə rola çəkilmişəm. Əvvəl tərəddüd etdim, özümü yaxşı göstərə bilmədim. Çünki türk dilini yaxşı bilmirdim. 3 günə ssenarini oxuyub əzbərlədim. Qarşıma məqsəd qoydum ki, ölkəmizi layiqincə təmsil edim. Bəli, bu film mənim üçün Türkiyə kino məkanına qapı ola bilər. Türklərin böyük media saytları məndən yazmışdılar. Bu xəbərləri görəndə sevincdən bədənim əsirdi. Oranın mətbuatının məndən yazması böyük uğurdur. Məni “kahkaha makinesi” kimi təqdim edirdilər. Keçən il mümkün olmasa da, film bu il avqustun 17-də Türkiyədə təqdim olunacaq. Daha sonra noyabr ayı üçün Bakıda qala gecəsi olacaq”. azərtac