Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı onlar təmsil edəcəklər

0
187

Sentyabrın 23-dən oktyabrın 7-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Ölkəmizi Olimpiadada ötən il Avropa çempionluğunu qazanan heyət təmsil edəcək. Belə ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov komandamızın idman şərəfini qoruyacaqlar. Avropa çempionatından fərqli olaraq, komandanın kapitanı Eltac Səfərli deyil, Qədir Hüseynov olacaq.

Xatırladaq ki, üçqat Avropa çempionu olan yığma komandamız indiyədək olimpiadalarda medal qazana bilməyib. Bu il keçiriləcək Olimpiadada Azərbaycan yığması reytinq favoritlərindən sayılır. Bu da Azərbaycanın şahmat millisinin olimpiadalarda ilk medalını qazanmaq şansının yüksək olduğunu göstərir.