Premyer Liqada yeni mövsümün püşkü atıldı

0
91

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibatı binasında baş tutub.

XXVII Azərbaycan çempionatında mübarizə aparacaq 8 komanda – “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” ilk turdakı rəqiblərini tanıyıb.

1-ci tur avqustun 11-12-də keçiriləcək.

 

Qeyd edək ki, 2018/19 mövsümündə 8 komanda dairəvi sistemlə 4 dövrədə qüvvəsini sınayacaq.

 

I tur

“Keşlə” – “Sabah”

“Qarabağ” – “Zirə”

“Qəbələ” – “Səbail”

“Sumqayıt” – “Neftçi”