Sakinlər razılıq edirlər

0
382

Bu gün dünyanın bəzi ölkələrində xaos hökm sürdüyü halda, Azərbaycanda ictimai-siyasi sabitlik inamla qorunur. Şübhəsiz, bu, həm də hüquq-mühafizə orqanlarının gərgin əməyinin nəticəsidir. Bu mənada ölkəmizdə hökm sürən sabitlikdə Azərbaycan polisinin rolu danılmazdır.

Təbii ki, ölkəmizdə sabitliyin təmin edilməsi heç də asan olmayıb. Belə ki, Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşib. O zaman həmin çətinliklərin aradan qaldırılması Azərbaycan polisinin üzərinə düşüb. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ölkəmizin nizami ordusu yox idi. Hərbi təcavüzü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə məhz polis olub.

Ümumiyyətlə, Azərbaycan polisi Dağlıq Qarabağda böyük rəşadət göstərməklə yanaşı, həm də ən çətin sınaqlarda xalqın ona güvənə biləcəyini dəfələrlə sübut  edib. Elə yaxın günlərdə Gəncədə baş vermiş hadisələrində onların göstərdikləri şücaəti də buna misal göstərmək olar. Bir sözlə, bu gün Azərbaycan polisi ona etimad olunan hər bir işin öhdəsindən bacarıqla gəlir.

Bu gün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları da asayişin keşiyində sayıq dayanıblar. Belə ki, onlar neqativ hadisələrin qarşısını vaxtında ala bilirlər. Ona görə də şəhər sakinləri polis əməkdaşlarına həmişə öz minnətdarlıqlarını bildırırlər. Bunu şəhərin çoxsayı sakinlərinin müraciəti də təsdiq edir. Müraciətdə deyilir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğı bu gün Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev asayiş keşikçilərinin fəaliyyətini həmişə yüksək  qiymətləndirib və deyib: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

Daha sonra sakinlər yazırlar: “Bu gün Mingəçevirdə  asayış keşikçiləri üzərlərinə düşən işin öhdəsindən daha əzmkarlıqla gəlirlər. Bu da bizə, şəhər sakinlərinə olduqca xoş təsir bağışlayır. Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə  polkovnik Cavid Muradov Mingəçevir şəhər Polis İdarəsinin rəisi təyin edildikdən sonra şəhərin asayişi daha da möhkəmlənib. Əhalinin polisə inamı da  artıb. İşinin peşəkarı olan gənc polis polkovniki Cavid Muradovun rəhbərlik etdiyi Mingəçevir şəhər Polis Şöbəsini  qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan daha layiqli bir quruma çevrilib. Biz də öz növbəmizdə cənab nazir Ramil Usubov başda olmaqla Mingəçevir polis şöbəsinin rəisi Cavid Muradova öz təşəkkürümüzü bildiririk”.

Son 6 ayda Mingəçevir şəhər Polis Şöbəsinin gördüyü işlərlə daha yaxından tanış olmaq üçün bu qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Məlum oldu ki, Mingəçevir polisi cinayətkarlığa, narkomaniyaya  qarşı mübarizədə  daha ciddi səylər göstərib. Bunlardan başqa, yay aylarında vətəndaşların daha çox üz tutduqları istirahət  məkanlarında post patrul xidmətlərinin naryadları artırılıb. Əhalinin yol hərəkəti qaydalarında təhlükəsizliyini təmin etmək üçün maarifləndirici reydlər həyata keçirilib.  Narkomaniyaya meyilli olan və istifadə edən şəxsləri bu bəladan qurtarmaq üçün onlarla proflaktiki tədbirlər aparılıb və sair.

Qeyd edək ki, Mingəçevir Polis Şöbəsi işini günün tələbləri səviyyəsində qurduğuna görə bölgələr arasında ön sıralarda yer alıb.

Esmira Hidayətova, Mingəçevir.