Yeni danışıqlar Ankarada baş tuta bilər

0
408
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Minskdə danışıqlar zamanı tərəflər Ukraynanın şərq rayonlarının sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı qarşılıqlı əlaqənin yaradılmasına dair razılığa gəlib.
Putin həmçinin qeyd edib ki, Rusiya Ukraynanın şərqində atəşin dayandırılması ilə bağlı hər hansı bir şərt irəli sürməyib və sürə bilməz.  Putin əlavə edib ki, ümumiyyətlə Ukraynanın şərqində atəşkəsə dair hər hansı bir şərt danışıqlar zamanı müzakirə olunmayıb.  Putin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşünü, ümumilikdə, müsbət qiymətləndirib. Bu arada isə məlum olub ki, Ukrayna və Rusiya prezidentləri arasında növbəti danışıqlar avqustun 28-də Ankarada aparıla bilər.

“YevroPravda” nəşri Ukrayna və Rusiyanın diplomatik qurumlarındakı mənbələrə istinadla yaydığı məlumatda qeyd edir ki, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasimində baş tuta bilər.

Məlumata görə, Ukrayna – Rusiya formatlı ikitərəfli və Ukrayna-Türkiyə-Rusiya üçtərəfli görüşlərin təşkil olunmasının mümkünlüyü nəzərdən keçirilir. Lakin rəsmi Kiyev və Moskva bu məlumata hələlik şərh vermir. Prezident Poroşenkonun administrasiyasının Ərdoğan tərəfindən güclü dəstəklənən bu görüşlərin keçirilməsi istiqamətində fəal çalışdığı bildirilir.

 

Ukrayna Baş Naziri:

“Rusiya qışda Avropa ölkələrinə

qaz ixracını dayandıracaq”

Ukrayna hökuməti Rusiyanın planlarından xəbərdardır. Bunu Ukrayna Baş Naziri Arseniy Yatsenyuk deyib. Hökumətin iclasında çıxış edən A. Yatsenyuk qeyd edib ki, qış aylarında Rusiya Avropaya qaz ixracını dayandırmağı planlaşdırır. Ukraynanın enerji sektorunda durum çətindir. Biz Rusiyanın Avropa Birliyi ölkələrinə qış aylarında qaz ixracını dayandırmaq haqda planlarından xəbərdarıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, hələlik Rusiya Energetika Nazirliyi və “Qazprom” şirkəti məsələ ilə bağlı şərh verməyib.

 

Ukraynada aviaqəzada həlak olan

malayziyalıların cəsədləri sentyabrın 2-də Kuala-Lumpura çatdırılacaq

Ukraynada aviaqəzada həlak olan Malayziya vətəndaşlarının cəsədləri sentyabrın 2-də Kuala-Lumpura çatdırılacaq. Malayziya hökumətinin nümayəndəsi Ui Ka Sionq bildirib ki, cəsədlər Amsterdamdan üçüncü xüsusi təyyarə ilə daşınacaq.

O qeyd edib ki, təyyarədə 7 sərnişin və ekipaj üzvlərinin cəsədləri olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here